DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Bir ovuc ianə "Taxıl razılaşması"nı əvəz etməyəcək" - Quterreş ah-fəğan elədi

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidBMT Baş katibi Antonio Quterreş
BMT Baş katibi Antonio Quterreş  - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin bəzi Afrika ölkələrinə pulsuz taxıl veriləcəyini deməsinə münasibət bildirib.
BAKI, 27 iyul — Sputnik. Bəzi ölkələrə bir ovuc ianə Qara dəniz "Taxıl razılaşması"nın bitməsinin nəhəng təsirini yüngülləşdirməyəcək.
Bunu BMT Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinin bəzi Afrika ölkələrinə pulsuz taxıl veriləcəyini deməsinə münasibətdə deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkəsinin Afrikaya taxıl ixracında Ukraynanı əvəz edə biləcəyini deyib. O, Afrikanın altı ölkəsinin - Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyanın Rusiyadan pulsuz 25-50 min ton taxıl əldə edə biləcəyini bildirib (APA).
Bu gün Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində bir daha bildirib ki, Rusiya ilə bağlı münasibətdə Qara Dəniz Taxıl Təşəbbüsündə nəzərdə tutulan şərtlərin heç biri yerinə yetirilməyib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin əvvəllər qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər. Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Avropa ölkələrinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Qara Dəniz Taxıl Təşəbbüsü fəaliyyətini dayandırdıqdan və dəniz humanitar dəhlizinin məhdudlaşdırılmasından sonra, 20 iyul 2023-cü il gecə yarısından etibarən Qara dənizdəki Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab edilir və Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsinə cəlb edilir, Rusiya Müdafiə Nazirliyi bildirir. Bundan əvvəl Bloomberg yazıb ki, gəmiçilik biznesinin bir sıra nümayəndələri əmindirlər ki, taxıl müqaviləsinin müddəti başa çatdıqdan sonra "ağılları yerində olan" heç kim gəmiləri təhlükəli marşrutlar üzrə dənizə göndərməyəcək.
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2023
RUSİYA
Putin taxıl sazişi barədə: Bizə verilən vədlər yerinə yetirilməyib
Xəbər lenti
0