https://sputnik.az/20230727/balakende-2-yasli-usaq-4-barmagini-itirdi-457204896.html
Balakəndə 2 yaşlı uşaq 4 barmağını itirdi
Balakəndə 2 yaşlı uşaq 4 barmağını itirdi
Sputnik Azərbaycan
Balakəndə 2 yaşlı uşağın barmaqlarını amputasiya ediblər
2023-07-27T18:40+0400
2023-07-27T18:40+0400
2023-07-27T19:53+0400
hadisə
bakı
ət
barmaq
amputasiya
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_0:155:1920:1235_1920x0_80_0_0_3c36703d134354e7310632f552c35add.jpg
BAKI, 27 iyul - Sputnik. Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olunub.Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir.16:50Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub (Report).Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/37/423633771_217:0:1920:1277_1920x0_80_0_0_c6d5ad3fc8e25b92db757472a23af7e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balakən balakəndə amputasiya ətçəkən maşın barmaq
balakən balakəndə amputasiya ətçəkən maşın barmaq
Balakəndə 2 yaşlı uşaq 4 barmağını itirdi
18:40 27.07.2023 (Yenilənib: 19:53 27.07.2023) Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.
BAKI, 27 iyul - Sputnik. Əli ət maşınında qalan azyaşlının barmaqları amputasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 2021-ci təvəllüdlü azyaşlının əlinin ət maşınında qalması ilə əlaqədar TƏBİB-in tabeliyindəki Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılıb.
Daha sonra Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri tərəfindən azyaşlının sol əlinin 4 barmağının amputasiyası icra olunub.
Pasiyent tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.
Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Həkim nəzarətindədir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub (Report).
Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.