CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt qatarlarından istifadə edənlərə şad xəbər: cərimə tətbiq ediləcək

© Sputnik / Murad OrujovBakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Əgər sərnişin "Google pay" vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da "Google pay"dən istifadə etməlidir.
BAKI, 27 iyul — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan "Apple pay", "Google pay" və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.
Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin "Google pay" vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da "Google pay"dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.
Xatırladaq ki, ötən ilin noyabrında Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının "Mastercard" beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılmışdı.
ADY-nin Çağrı Mərkəzindən qeyd ediblər ki, "Mastercard" vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay" və "Google Pay" üzərindən ödəniş etməmək tövsiyə edilir:
"Biz ümumiyyətlə "Apple Pay" və "Google Pay"ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə "Mastercard" kartı, "Apple Pay" və "Google Pay" cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır".
Xəbər lenti
0