https://sputnik.az/20230727/azerbaycanda-bosanmanin-qarsisini-almali-olan-130-mediator-isden-niye-cixarilib-457184512.html
Azərbaycanda boşanmanın qarşısını almalı olan 130 mediator işdən niyə çıxarılıb
Azərbaycanda boşanmanın qarşısını almalı olan 130 mediator işdən niyə çıxarılıb
Sputnik Azərbaycan
Mediatorlar boşananlardan qanunsuz pul tələb edirlər
2023-07-27T13:52+0400
2023-07-27T13:52+0400
2023-07-27T16:01+0400
boşanma
cəmiyyət
mediasiya
https://cdnn1.img.sputnik.az/img/42357/89/423578923_0:104:1989:1223_1920x0_80_0_0_6aecf3c311bc46e3800c801f6e3c7d82.jpg
BAKI, 27 iyul — Sputnik. İndiyədək 130 mediator sıralarımızdan xaric edilib. Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib. O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib. N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: "Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub". O, ötən illərlə müqayisədə barışıq sazişlərinin artdığını söyləyib: "39-40 faiz artım var". Mediatorlar nə iş görür və kimlər mediator ola bilər? 2019-cu il mart ayının 29-da Milli Məclisdə qəbul edilən "Mediasiya haqqında" qanunla Azərbaycanda rəsmi olaraq ilk dəfə mediatorluq vəzifəsi yaranıb. Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir. Qanunla mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib: – mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); – ailə münasibətlərindən irəli gələn mübahisələr; – əmək münasibətlərindən irəli gələn mübahisələr; – inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə qanuna uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: – ali təhsilə malik olmalıdır; – 25 yaşı tamam olmalıdır; – ən azı 3 illik iş stajına malik olmalıdır; – mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək qanunla nəzərdə tutulmuş sertifikat əldə etməlidir; Aşağıdakı şəxslər mediator ola bilməzlər: – məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; – barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; – məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər. Qanunla göstərilən tələblərə cavab verən şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir. Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər. Mediatorun hüquq və vəzifələri Mediatorun aşağıdakı hüquqları vardır: – öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsi ilə mediasiya fəaliyyətini həyata keçirmək; – tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq; – mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək; – konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq; – nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq; – qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. Mediatorun aşağıdakı vəzifələri vardır: – qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək; – iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq; – mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək; – mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək; – mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq; – mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına əməl etmək; – Mediasiya Şurası tərəfindən qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək; – qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə bilməz. Mediasiya predmeti olan mübahisə üzrə məhkəmə və ya arbitraj (münsiflər məhkəməsi) prosesində tərəflərdən hər hansı birini təmsil edə və arbitr (münsif) qismində çıxış edə bilməz.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/89/423578923_111:0:1879:1326_1920x0_80_0_0_f6933a08fcee8d845381182558aa106c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mediator mediatorlar boşananlar pul
mediator mediatorlar boşananlar pul
Azərbaycanda boşanmanın qarşısını almalı olan 130 mediator işdən niyə çıxarılıb
13:52 27.07.2023 (Yenilənib: 16:01 27.07.2023) Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.
BAKI, 27 iyul — Sputnik. İndiyədək 130 mediator sıralarımızdan xaric edilib.
Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.
O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.
N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: "Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub".
O, ötən illərlə müqayisədə barışıq sazişlərinin artdığını söyləyib: "39-40 faiz artım var".
Mediatorlar nə iş görür və kimlər mediator ola bilər?
2019-cu il mart ayının 29-da Milli Məclisdə qəbul edilən "Mediasiya haqqında" qanunla Azərbaycanda rəsmi olaraq ilk dəfə mediatorluq vəzifəsi yaranıb. Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir.
Qanunla mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib:
– mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);
– ailə münasibətlərindən irəli gələn mübahisələr;
– əmək münasibətlərindən irəli gələn mübahisələr;
– inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə qanuna uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir:
– ali təhsilə malik olmalıdır;
– 25 yaşı tamam olmalıdır;
– ən azı 3 illik iş stajına malik olmalıdır;
– mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək qanunla nəzərdə tutulmuş sertifikat əldə etməlidir;
Aşağıdakı şəxslər mediator ola bilməzlər:
– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Qanunla göstərilən tələblərə cavab verən şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediator fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edir.
Mediator qanunla qadağan olunmayan istənilən digər fəaliyyətlə məşğul ola bilər.
Mediatorun hüquq və vəzifələri
Mediatorun aşağıdakı hüquqları vardır:
– öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsi ilə mediasiya fəaliyyətini həyata keçirmək;
– tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;
– mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;
– konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;
– nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;
– qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
Mediatorun aşağıdakı vəzifələri vardır:
– qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək;
– iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;
– mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;
– mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;
– mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;
– mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına, mediasiya reyestrinin aparılması qaydasına, mediatorların peşəkar etik davranış qaydasına, mediasiya prosesinin həyata keçirilməsi qaydasına əməl etmək;
– Mediasiya Şurası tərəfindən qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;
– qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə bilməz. Mediasiya predmeti olan mübahisə üzrə məhkəmə və ya arbitraj (münsiflər məhkəməsi) prosesində tərəflərdən hər hansı birini təmsil edə və arbitr (münsif) qismində çıxış edə bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.