Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Ankara və Bakı beşinci nəsil qırıcı təyyarənin yaradılmasında əməkdaşlıq edəcək

© Sputnik / Murad OrujovBakıda hərbi parad
Bakıda hərbi parad - Sputnik Azərbaycan, 1920, 27.07.2023
Abunə olmaq
Bakının layihədə iştirakı Rusiya istehsalı MİQ-29 təyyarələri ilə təchiz olunan Azərbaycan Hərbi Hava Qüvvələrinin modernizə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
BAKI, 27 iyul — Sputnik. Ankara və Bakı beşinci nəsil "Kaan" türk qırıcı təyyarəsinin yaradılması layihəsi üzrə əməkdaşlıq barədə razılığa gəlib.
Razılaşma İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanması planlaşdırılan ikitərəfli sazişlə rəsmiləşəcək. Layihəyə Ukraynanın da qoşulması gözlənilir.
Bakının layihədə iştirakı Rusiya istehsalı MİQ-29 təyyarələri ilə təchiz olunan Azərbaycan Hərbi Hava Qüvvələrinin modernizə edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Hərbi-sənaye kompleksi üzrə ixtisaslaşan "Defence Turk" portalının məlumatına görə, layihəyə Ukrayna da qoşula bilər.
Qeyd edək ki, 2017-ci ildə Türkiyədə Milli Döyüş Təyyarələri proqramı çərçivəsində hazırlanan beşinci nəsil qırıcısı "Kaan" ilk uçuşunu bu il həyata keçirəcək, onun kütləvi istehsalı isə 2028-ci ildə başlayacaq. Qırıcı taktiki-texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 təyyarələrini üstələyəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində istismarda olan F-16 qırıcılarını əvəz edəcək.(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0