https://sputnik.az/20230726/yevlaxin-sabiq-icra-bascisi-qoca-semedov-azadliga-buraxilib-457144960.html
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb
Sputnik Azərbaycan
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T23:47+0400
2023-07-26T23:47+0400
2023-07-26T23:47+0400
icra başçısı
cəmiyyət
yevlax rayonu
həbs
https://cdnn1.img.sputnik.az/img/42265/83/422658347_0:52:1000:615_1920x0_80_0_0_68b83264cca1436b9cc385fa2c7b976b.png
BAKI, 26 iyul — Sputnik. Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb. Qeyd edək ki, Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib. Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib. Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.(APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42265/83/422658347_56:0:945:667_1920x0_80_0_0_fb5fc8212f6e1973d6239fde9c3e23b0.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icra başçısı, yevlax rayonu, həbs
icra başçısı, yevlax rayonu, həbs
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb
Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.
BAKI, 26 iyul — Sputnik. Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb. Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.
Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.
Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.