https://sputnik.az/20230726/son-on-ilde-en-boyuk-mese-yangini-hansi-olkede-olub-457154208.html
Son on ildə ən böyük meşə yanğını hansı ölkədə olub?
Son on ildə ən böyük meşə yanğını hansı ölkədə olub?
Sputnik Azərbaycan
Meşə yanğınlarının nə qədəri Azərbaycanın payına düşür
2023-07-26T23:59+0400
2023-07-26T23:59+0400
2023-07-27T20:04+0400
yanğın
dünya xəbərləri
meşə
rusiya
kanada
https://cdnn1.img.sputnik.az/img/07e7/07/17/457055173_0:142:3138:1907_1920x0_80_0_0_fa5a7c4c9f5b40ecbf4a3894871479c8.jpg
BAKI, 26 iyul — Sputnik. 2013-2023 illər ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb, 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə itkisi qeydə alınıb. Bu rəqəmlər planetimizdə meşə yanğınları ilə bağlı məlumatları toplayan "Global Forest Watch" internet saytında yer alıb. Saytın məlumatına görə, son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları tüğyan etməkdədir. Dünya üzrə son on illiyin ən böyük meşə yanğını Avstraliyada olub. Ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib. Avstraliya tarixinə "Qara yay" kimi yazılan bu yanğınlarda 24 milyon hektardan çox ərazi və 3500 ev yanıb. Rusiyada 2021-ci ildə 18,16 milyon hektardan çox, ABŞ-da 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub. Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar isə 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/17/457055173_204:0:2935:2048_1920x0_80_0_0_5e941de776d3eedbcd5be7554d80f563.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
meşə yanğınları azərbaycanda meşə yanğınları
meşə yanğınları azərbaycanda meşə yanğınları
Son on ildə ən böyük meşə yanğını hansı ölkədə olub?
23:59 26.07.2023 (Yenilənib: 20:04 27.07.2023) Ötən on il ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb.
BAKI, 26 iyul — Sputnik. 2013-2023 illər ərzində dünyada 82 milyon hektar meşə sahəsi yanıb, 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə itkisi qeydə alınıb.
Bu rəqəmlər planetimizdə meşə yanğınları ilə bağlı məlumatları toplayan "Global Forest Watch" internet saytında yer alıb.
Saytın məlumatına görə, son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları tüğyan etməkdədir.
Dünya üzrə son on illiyin ən böyük meşə yanğını Avstraliyada olub. Ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib. Avstraliya tarixinə "Qara yay" kimi yazılan bu yanğınlarda 24 milyon hektardan çox ərazi və 3500 ev yanıb.
Rusiyada 2021-ci ildə 18,16 milyon hektardan çox, ABŞ-da 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub.
Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar isə 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.