https://sputnik.az/20230726/slam-emekdasliq-teskilati-quranin-yandirilmasi-ile-bagli-fovqelade-iclas-kecirecek-457164109.html
İslam Əməkdaşlıq Təşkilatı Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
İslam Əməkdaşlıq Təşkilatı Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
Sputnik Azərbaycan
İclas Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T21:39+0400
2023-07-26T21:39+0400
2023-07-26T21:39+0400
islam əməkdaşlıq təşkilatı
dünya xəbərləri
isveç
danimarka
quran
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391938_0:55:1064:654_1920x0_80_0_0_a1051914c4f580a845edaa31c692ebaa.jpg
BAKI, 26 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək. İyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər. Bildirlib ki, iclasda İsveç və Danimarkada Quran yandırılması müzakirə olunacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb. Xatırladaq ki, ultra milliyyətçi "Danimarka vətənpərvərləri" qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar. Radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb. "Danimarka vətənpərvərləri" ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi. Stokholm polisinin də İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırıb. İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1b/443391938_60:0:1004:708_1920x0_80_0_0_ecb59fc2bca08e9ee7475455db9fff17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
islam əməkdaşlıq təşkilatı, isveç, danimarka, quran
islam əməkdaşlıq təşkilatı, isveç, danimarka, quran
İslam Əməkdaşlıq Təşkilatı Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
İclas Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.
BAKI, 26 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək. İyulun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclas keçirəcəklər.
Bildirlib ki, iclasda İsveç və Danimarkada Quran yandırılması müzakirə olunacaq.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas Tehran və Bağdadın təklifi, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın müsəlman ölkələrindəki həmkarlarına etdiyi zənglər əsasında planlaşdırılıb.
Xatırladaq ki, ultra milliyyətçi "Danimarka vətənpərvərləri" qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi önündə keçirdikləri aksiya zamanı Quran kitabını yandırıblar.
Radikallar aksiyanı İsveçin Bağdad şəhərindəki səfirliyinə bu yaxınlarda edilən hücuma cavab olaraq keçirdiklərini bildiriblər. Polisin gücləndirilmiş mühafizəsi altında baş tutan aksiyada KİV nümayəndələri də iştirak edib. Aksiya qrupun sosial şəbəkələrdəki səhifələri ilə canlı yayımlanıb.
"Danimarka vətənpərvərləri" ultra milliyyətçi qrupu İslam dini əleyhinə təhqiramiz hərəkətləri ilə tanınır. Bundan öncə radikallar Türkiyənin Kopenhagendəki səfirliyi önündə türk bayrağını və Qurani-Kərimi təhqir etmişdi.
Stokholm polisinin də İraq səfirliyi qarşısında Quranın yandırılması aksiyasına icazə verməsinə etiraz olaraq iyulun 20-nə keçən gecə yüzlərlə etirazçı İsveçin Bağdaddakı səfirliyinə hücum edərək diplomatik missiyanın binasını yandırıb. İsveçdə İraq səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması İraqda böyük hiddətə səbəb olub. Bu, İsveçdə baş verən ilk islamofob hərəkət deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.