https://sputnik.az/20230726/ranin-yol-ve-sehersalma-naziri-azerbaycana-sefer-edecek-457168506.html
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Sputnik Azərbaycan
Yaxın aylarda Azərbaycanla İran rəsmiləri arasında keçirilən son görüşdən sonra əldə edilən digər razılaşmaları müzakirə etmək məqsədi ilə Azərbaycana səfər... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T18:02+0400
2023-07-26T18:02+0400
2023-07-26T18:02+0400
iran
azərbaycan xəbərləri
nazir
tikinti
şəhərsalma
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262822_0:160:3072:1888_1920x0_80_0_0_f3c1dcaa68e4bc475f3ea164dad00039.jpg
BAKI, 26 iyul — Sputnik. İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş Azərbaycana səfər edəcək. O, bu barədə hökumətin iclasında deyib. Ötən həftə İran və Azərbaycan nümayəndə heyətləri arasında baş tutan görüşü xatırladan nazir vurğulayıb ki, bu görüş Azərbaycan səfirliyinə hücumdan sonra iki ölkə arasında ilk iqtisadi görüş hesab olunur. Nazir əlavə edib ki, yaxın aylarda Azərbaycana səfər edəcək: "Azərbaycan Baş nazirinin müavini İrana səfər edib, Astara şəhərində iqtisadi-ticari nümayəndə heyəti ilə birlikdə İran tərəfi ilə geniş tərkibdə görüş keçiriblər. Mən də yaxın aylarda Azərbaycanla İran rəsmiləri arasında keçirilən son görüşdən sonra əldə edilən digər razılaşmaları müzakirə etmək məqsədi ilə Azərbaycana səfər edəcəyəm". Xatırladaq ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İranın Astara şəhərində görüş keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar. Bununla bağlı, xüsusilə 2022-ci il martın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında" Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar. İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyi bildirilib. Görüşdə, o cümlədən enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib. Bu xüsusda "Xudafərin", "Qız Qalası" və "Ordubad-Marazad" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454262822_171:0:2902:2048_1920x0_80_0_0_e50bdaa4c38ad96e7fc38591804c66bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, nazir, tikinti, şəhərsalma
iran, nazir, tikinti, şəhərsalma
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Yaxın aylarda Azərbaycanla İran rəsmiləri arasında keçirilən son görüşdən sonra əldə edilən digər razılaşmaları müzakirə etmək məqsədi ilə Azərbaycana səfər edəcəyəm - , iranlı nazir bildirib.
BAKI, 26 iyul — Sputnik. İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş Azərbaycana səfər edəcək.
O, bu barədə hökumətin iclasında deyib.
Ötən həftə İran və Azərbaycan nümayəndə heyətləri arasında baş tutan görüşü xatırladan nazir vurğulayıb ki, bu görüş Azərbaycan səfirliyinə hücumdan sonra iki ölkə arasında ilk iqtisadi görüş hesab olunur.
Nazir əlavə edib ki, yaxın aylarda Azərbaycana səfər edəcək: "Azərbaycan Baş nazirinin müavini İrana səfər edib, Astara şəhərində iqtisadi-ticari nümayəndə heyəti ilə birlikdə İran tərəfi ilə geniş tərkibdə görüş keçiriblər. Mən də yaxın aylarda Azərbaycanla İran rəsmiləri arasında keçirilən son görüşdən sonra əldə edilən digər razılaşmaları müzakirə etmək məqsədi ilə Azərbaycana səfər edəcəyəm".
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında iyulun 17-də İranın Astara şəhərində görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun sayıblar.
Bununla bağlı, xüsusilə 2022-ci il martın 11-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında" Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar.
İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriliyi bildirilib.
Görüşdə, o cümlədən enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib.
Bu xüsusda "Xudafərin", "Qız Qalası" və "Ordubad-Marazad" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.