https://sputnik.az/20230726/perviz-sahbazov-buxarestde-yasil-enerji-ile-bagli-kecirilen-iclasa-qatilib-457139409.html
Pərviz Şahbazov Buxarestdə yaşıl enerji ilə bağlı keçirilən iclasa qatılıb
Pərviz Şahbazov Buxarestdə yaşıl enerji ilə bağlı keçirilən iclasa qatılıb
Sputnik Azərbaycan
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T11:38+0400
2023-07-26T11:38+0400
2023-07-26T11:38+0400
energetika naziri pərviz şahbazov
iqtisadiyyat
buxarest
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_0:0:2961:1665_1920x0_80_0_0_09671be451ae883ba06e98db32b99a3d.jpg
BAKI, 26 iyul — Sputnik. Rumıniyanın paytaxtı Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib. Energetika Nazirliyindən bildiriblər ki, tədbirdə Azərbaycanı energetika nazir Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanı energetika naziri Sebastian Ioan Burduja, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil ediblər. Görüşdə, həmçinin Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər. İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla, Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq. Tədbirdə layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin "Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi"nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib. Sonda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb. Xatırladaq ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" 2022-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Buxarestdə imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_103:0:2652:1912_1920x0_80_0_0_e23f644371ff3bbcbf33a3a468c88683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
energetika naziri pərviz şahbazov, buxarest
energetika naziri pərviz şahbazov, buxarest
Pərviz Şahbazov Buxarestdə yaşıl enerji ilə bağlı keçirilən iclasa qatılıb
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
BAKI, 26 iyul — Sputnik. Rumıniyanın paytaxtı Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin dördüncü iclası keçirilib.
Energetika Nazirliyindən bildiriblər ki, tədbirdə Azərbaycanı energetika nazir Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanı energetika naziri Sebastian Ioan Burduja, Macarıstanı isə Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Peter Sztaray təmsil ediblər. Görüşdə, həmçinin Bolqarıstanın və Avropa Komissiyasının nümayəndələri iştirak ediblər.
İclasda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, müvafiq ölkələrin sistem operatorlarının iştirakı ilə təsis olunan birgə müəssisə Saziş çərçivəsində yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsini nəzərdə tutan layihənin reallaşdırılması üçün məsul qurum olmaqla, Rəhbər Komitə qarşısında cavabdehlik daşıyacaq.
Tədbirdə layihənin Qara dənizlə bağlı ilkin mərhələsinin texniki-iqtisadi əsaslandırılmasının bu ilin oktyabr ayında başa çatacağı bildirilib, həmçinin "Xəzər dənizi – Avropa İttifaqı yaşıl enerji dəhlizi"nin texniki tapşırığı təsdiq edilərək layihənin texniki-iqtisadi əsaslandırmasının koordinasiyası katiblik funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə həvalə edilib.
Sonda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin dördüncü iclasının yekunlarına dair Protokol imzalanıb və növbəti iclasın Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi razılaşdırılıb.
Xatırladaq ki, "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" 2022-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Buxarestdə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.