https://sputnik.az/20230726/neft-ucuzlasir---nvestorlarin-diqqeti-fed-in-iclasina-yonelib-457136074.html
Neft ucuzlaşır - İnvestorların diqqəti FED-in iclasına yönəlib
Neft ucuzlaşır - İnvestorların diqqəti FED-in iclasına yönəlib
Sputnik Azərbaycan
FED-in borclanma xərclərini 22 ilin ən yüksək səviyyəsinə qaldıracağı, bu il daha bir faiz artımının mümkünlüyünə işarə edən sərtləşmə trendini qoruyacağı... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T10:52+0400
2023-07-26T10:52+0400
2023-07-26T11:12+0400
neft-qaz
"azerilight" markalı neft
birja
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_0:160:3072:1888_1920x0_80_0_0_352161ed3a30a28831b6abe413565c61.jpg
BAKI, 26 iyul — Sputnik. Dünya bazarlarında neft qiymətləri dörd gündə təxminən 6 faiz bahalaşdıqdan sonra ucuzlaşır. “Brent” neftin 0,53 dollar azalaraq 83,11 dollar, “Light” nefti 0,52 dollar ucuzlaşaraq 79,11 dollar təşkil edib. Azərbaycan neftinin (“Azeri Light”) bir barelinin qiyməti isə 0,59 dollar artaraq 86,88 dollar olub. Neftin ucuzlaşmasının səbəbi ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcəsi ilə bağlı bu gün açıqlayacağı qərardır. FED-in borclanma xərclərini 22 ilin ən yüksək səviyyəsinə qaldıracağı, bu il daha bir faiz artımının mümkünlüyünə işarə edən sərtləşmə trendini qoruyacağı gözlənilir. Daha yüksək faiz dərəcələrinin iqtisadiyyatı yavaşlatmaq və enerji istehlakına zərər vurmaq riski var. Digər tərəfdən, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 milyon 319 min barel artaraq təxminən 458 milyon 739 min barel təşkil edib. Neft qiymətləri bu ay Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən hasilatın azaldılması ilə yüksəlib. Xatırladaq ki, 2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240181_171:0:2902:2048_1920x0_80_0_0_7bb2baa338ded09a59fdd62b5b53fc9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azerilight" markalı neft, birja, qiymət
"azerilight" markalı neft, birja, qiymət
Neft ucuzlaşır - İnvestorların diqqəti FED-in iclasına yönəlib
10:52 26.07.2023 (Yenilənib: 11:12 26.07.2023) FED-in borclanma xərclərini 22 ilin ən yüksək səviyyəsinə qaldıracağı, bu il daha bir faiz artımının mümkünlüyünə işarə edən sərtləşmə trendini qoruyacağı gözlənilir.
BAKI, 26 iyul — Sputnik. Dünya bazarlarında neft qiymətləri dörd gündə təxminən 6 faiz bahalaşdıqdan sonra ucuzlaşır.
“Brent” neftin 0,53 dollar azalaraq 83,11 dollar, “Light” nefti 0,52 dollar ucuzlaşaraq 79,11 dollar təşkil edib.
Azərbaycan neftinin (“Azeri Light”) bir barelinin qiyməti isə 0,59 dollar artaraq 86,88 dollar olub.
Neftin ucuzlaşmasının səbəbi ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcəsi ilə bağlı bu gün açıqlayacağı qərardır.
FED-in borclanma xərclərini 22 ilin ən yüksək səviyyəsinə qaldıracağı, bu il daha bir faiz artımının mümkünlüyünə işarə edən sərtləşmə trendini qoruyacağı gözlənilir. Daha yüksək faiz dərəcələrinin iqtisadiyyatı yavaşlatmaq və enerji istehlakına zərər vurmaq riski var.
Digər tərəfdən, ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 milyon 319 min barel artaraq təxminən 458 milyon 739 min barel təşkil edib.
Neft qiymətləri bu ay Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən hasilatın azaldılması ilə yüksəlib.
Xatırladaq ki, 2022-ci ildə “Azeri Light” markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.