https://sputnik.az/20230726/nato-ukrayna-taxilini-dasiyan-gemilerin-musayieti-ideyasini-desteklemeyecek---kecmis-sefir-457144138.html
NATO Ukrayna taxılını daşıyan gəmilərin müşayiəti ideyasını dəstəkləməyəcək - Keçmiş səfir
NATO Ukrayna taxılını daşıyan gəmilərin müşayiəti ideyasını dəstəkləməyəcək - Keçmiş səfir
Sputnik Azərbaycan
Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T12:35+0400
2023-07-26T12:35+0400
2023-07-26T12:35+0400
dünya xəbərləri
yük
gəmi
taxıl
ukrayna
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448158349_0:160:3072:1888_1920x0_80_0_0_608de4dd9135ea4fad4d1f4ee7e538ce.jpg
BAKI, 26 iyul — Sputnik. NATO ölkələri Rusiya taxıl sazişindən çıxdıqdan sonra Qara dənizdə Ukrayna taxılı olan gəmilərin alyansın hərbi gəmiləri tərəfindən müşayiət olunması ideyasını dəstəkləməyəcək. Bu barədə Türkiyənin Rusiya Federasiyasındakı keçmiş səfiri Hüseyn Diriöz məlumat verib. "ABŞ prezidenti Co Bayden bu yaxınlarda Rusiya ilə münaqişədə olan ölkəni alyansa qəbul etmək və vəziyyəti NATO-Rusiya münaqişəsinə çevirmək istəmədiyini bildirib. Ona görə də bu ideyanın çoxlu tərəfdarlarının olacağını düşünmürəm. Türkiyə NATO üzvlüyünə əlavə olaraq, Montrö Konvensiyası çərçivəsində Qara dənizə çıxış rejimini həyata keçirən ölkə olaraq, bu mövzuda ehtiyatlı davranmağa davam etməlidir. Montrö Konvensiyasına ciddi şəkildə əməl edilməlidir", - Diriöz bildirib. Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan addımların mərkəzində olmalıdır. "NATO-nun mandatı alyans ölkələrini qorumaqdır. Düşünmürəm ki, buna uyğun bir vəziyyət var", - Diriöz izah edib. İyulun 25-də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Rusiyanın taxıl sazişindən çıxmasından sonra NATO hərbi gəmilərinin karvanlarının Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət edə biləcəyini bildirib. O hesab edir ki, NATO təyyarələri marşrutları patrul edə və Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının gəmilərinin yerini izləyə bilər. O, Türkiyənin şimalında, Rumıniya və Bolqarıstanda alyansın qırıcı eskadrilyalarının yerləşdirilməsini, həmçinin hava və sualtı pilotsuz nəqliyyat vasitələrinin istifadəsini təklif edib. Bu arada Türkiyə rəsmiləri Ankaranın Montrö Konvensiyasını məsuliyyətlə yerinə yetirdiyini, Çanaqqala və Bosfor boğazından hərbi gəmilərin keçməsinə icazə vermədiyini bildirir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448158349_171:0:2902:2048_1920x0_80_0_0_f2e7c14bbabe33d4b26a3a0b691f1d0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
yük, gəmi, taxıl, ukrayna, nato
yük, gəmi, taxıl, ukrayna, nato
NATO Ukrayna taxılını daşıyan gəmilərin müşayiəti ideyasını dəstəkləməyəcək - Keçmiş səfir
Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan addımların mərkəzində olmalıdır.
BAKI, 26 iyul — Sputnik. NATO ölkələri Rusiya taxıl sazişindən çıxdıqdan sonra Qara dənizdə Ukrayna taxılı olan gəmilərin alyansın hərbi gəmiləri tərəfindən müşayiət olunması ideyasını dəstəkləməyəcək. Bu barədə Türkiyənin Rusiya Federasiyasındakı keçmiş səfiri Hüseyn Diriöz məlumat verib.
"ABŞ prezidenti Co Bayden bu yaxınlarda Rusiya ilə münaqişədə olan ölkəni alyansa qəbul etmək və vəziyyəti NATO-Rusiya münaqişəsinə çevirmək istəmədiyini bildirib. Ona görə də bu ideyanın çoxlu tərəfdarlarının olacağını düşünmürəm. Türkiyə NATO üzvlüyünə əlavə olaraq, Montrö Konvensiyası çərçivəsində Qara dənizə çıxış rejimini həyata keçirən ölkə olaraq, bu mövzuda ehtiyatlı davranmağa davam etməlidir. Montrö Konvensiyasına ciddi şəkildə əməl edilməlidir", - Diriöz bildirib.
Diplomatın sözlərinə görə, taxıl sövdələşməsi BMT-nin rəhbərliyi altında həyata keçirilib və BMT bundan sonra da gərginliyin azaldılması istiqamətində atılan addımların mərkəzində olmalıdır.
"NATO-nun mandatı alyans ölkələrini qorumaqdır. Düşünmürəm ki, buna uyğun bir vəziyyət var", - Diriöz izah edib.
İyulun 25-də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş komandanı Ceyms Stavridis Rusiyanın taxıl sazişindən çıxmasından sonra NATO hərbi gəmilərinin karvanlarının Qara dənizdə Ukrayna taxılı olan gəmiləri müşayiət edə biləcəyini bildirib. O hesab edir ki, NATO təyyarələri marşrutları patrul edə və Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının gəmilərinin yerini izləyə bilər. O, Türkiyənin şimalında, Rumıniya və Bolqarıstanda alyansın qırıcı eskadrilyalarının yerləşdirilməsini, həmçinin hava və sualtı pilotsuz nəqliyyat vasitələrinin istifadəsini təklif edib.
Bu arada Türkiyə rəsmiləri Ankaranın Montrö Konvensiyasını məsuliyyətlə yerinə yetirdiyini, Çanaqqala və Bosfor boğazından hərbi gəmilərin keçməsinə icazə vermədiyini bildirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.