https://sputnik.az/20230726/mehz-rusiyanin-vasiteciliyi-ile-imzalanmis-senedlerde-sulh-elementleri-var---deputat-457167086.html
Məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdə sülh elementləri var - Deputat
Məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdə sülh elementləri var - Deputat
Sputnik Azərbaycan
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan sülh istəyirsə, hər... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T17:24+0400
2023-07-26T17:24+0400
2023-07-27T10:59+0400
siyasət
ermənistan
azərbaycan
görüş
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130746_0:0:1024:577_1920x0_80_0_0_e6389cf7136223af3cdf369290e0fef6.jpg
BAKI, 26 iyul — Sputnik. Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşün keçirilməsini müsbət qiymətləndirirəm. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, görüşlər intensiv formada və müxtəlif platformalarda davam etdirilməlidir. Onun fikrincə, bu görüşlər tərəflərin mövqelərinin yaxınlaşmasına təkan verməlidir:A.Mirzəzadə qeyd edib ki, görüşün müxtəlif məkanlarda keçirilməsinin elə bir əhəmiyyəti yoxdur:"Nəzərə almaq lazımdır ki, hər keçirilən görüş əvvəlkinin qaldığı yerdən davam etdirilməsidir. Bu gün regionumuzdakı problem qlobal geosiyasi aktorlarının gündəliyində yer alır. Azərbaycan ərazi bütövlüyünü təmin edib və Ermənistan tərəfindən konstruktiv mövqe gözləyir". Aydın Mirzəzadə onu da qeyd edib ki, parlamentarilər səviyyəsində dialoqun qurulmasını müsbət qarşılayır. O, xatırladıb ki, keçmişdə Avropa Şurası Parlament Assembleyasının Azərbaycan və Ermənistandan olan nümayəndələri görüşmüşdülər:"Vaxtaşırı müxtəlif beynəlxalq təşkilatların platformasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri istər-istəməz təmasda olurlar. Ancaq parlamentarilər səviyyəsində belə bir görüşün mütəmadi olaraq keçirilməsi müsbət bir haldır. Hesab edirəm ki, QHT və digər ictimai təşkilatlar xətti ilə görüşlər keçirilə bilər". Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Elşad Mirbəşiroğlu isə deyib ki, Azərbaycan regionda sülh gündəliyini başladıb və onu irəli aparmaqda qərarlıdır:Millət vəkili qeyd edib ki, Paşinyan separatçıları rəsmi Bakı ilə dialoqa çağırsa da onları ayrıca bir subyekt kimi təqdim etməyə çalışır və onların vəziyyətini Ermənistan üçün qırmızı xətt adlandırır:Deputat vurğulayıb ki, Ermənistanın məqsədi bu görüşlərin əhəmiyyətini azaltmaqdır."Onlar yekun sülh sazişinin imzalanmasını hər cəhdlə yubatmağa çalışır. Azərbaycan Moskva platformasından da uğurla istifadə edir. İnanıram ki, bu, öz müsbət nəticələrini verə bilər", - millət vəkili fikirlərini yekunlaşdırıb.* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130746_0:0:910:682_1920x0_80_0_0_dc4d0705b20fc40de2bc4ee70250d3c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, azərbaycan, görüş
ermənistan, azərbaycan, görüş
Məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdə sülh elementləri var - Deputat
17:24 26.07.2023 (Yenilənib: 10:59 27.07.2023) Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan sülh istəyirsə, hər şeydən öncə təcili olaraq konstitusiyasında dəyişikliklər etməlidir.
BAKI, 26 iyul — Sputnik. Moskvada XİN rəhbərləri səviyyəsində üçtərəfli görüşün keçirilməsini müsbət qiymətləndirirəm. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mili Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, görüşlər intensiv formada və müxtəlif platformalarda davam etdirilməlidir. Onun fikrincə, bu görüşlər tərəflərin mövqelərinin yaxınlaşmasına təkan verməlidir:
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, təəssüf ki, hələ rəsmi şəkildə tanımır və vaxtaşırı Azərbaycanın daxili işlərinə müdaxilə hesab edilən addımlar atır. Ermənistan tərəfi qəbul etməlidir ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və suveren hüquqlarını güzəştə getməyəcək".
A.Mirzəzadə qeyd edib ki, görüşün müxtəlif məkanlarda keçirilməsinin elə bir əhəmiyyəti yoxdur:
"Nəzərə almaq lazımdır ki, hər keçirilən görüş əvvəlkinin qaldığı yerdən davam etdirilməsidir. Bu gün regionumuzdakı problem qlobal geosiyasi aktorlarının gündəliyində yer alır. Azərbaycan ərazi bütövlüyünü təmin edib və Ermənistan tərəfindən konstruktiv mövqe gözləyir".
Moskva görüşünün yekunlarına dair Rusiya XİN-in yaydığı bəyanatda qeyd olunub ki, yaxın aylarda Azərbaycan və Ermənistanın ekspertləri, dini liderləri və parlamentariləri münasibətlərin normallaşdırılması prosesi çərçivəsində görüşlər keçirəcəklər.
Aydın Mirzəzadə onu da qeyd edib ki, parlamentarilər səviyyəsində dialoqun qurulmasını müsbət qarşılayır. O, xatırladıb ki, keçmişdə Avropa Şurası Parlament Assembleyasının Azərbaycan və Ermənistandan olan nümayəndələri görüşmüşdülər:
"Vaxtaşırı müxtəlif beynəlxalq təşkilatların platformasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri istər-istəməz təmasda olurlar. Ancaq parlamentarilər səviyyəsində belə bir görüşün mütəmadi olaraq keçirilməsi müsbət bir haldır. Hesab edirəm ki, QHT və digər ictimai təşkilatlar xətti ilə görüşlər keçirilə bilər".
"Çox təəssüf ki, Ermənistan danışıqlarla yanaşı, təxribat siyasətini də həyata keçirir. Azərbaycan sərhədçiləri atəşə tutulur, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri təxribatlar törədir. Ermənistan hərbi siyasi dairələri bununla Azərbaycana təzyiq etməyə çalışır", - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü millət vəkili Elşad Mirbəşiroğlu isə deyib ki, Azərbaycan regionda sülh gündəliyini başladıb və onu irəli aparmaqda qərarlıdır:
"Ermənistan tərəfi Azərbaycana qarşı hərbi və siyasi xarakterli təxribatlarını davam etdirir. Aşkar müşahidə edirik ki, Ermənistan Baş naziri öz mövqelərində çox sərt transformasiyalara yol verir. Bir tərfədən Azərbaycanın ərazi bütövlüyünü tadığını deyir, digər tərəfdən isə Ermənistan konstitusiyasında özlərini separatçıların təhlükəsizliyinin əsas qarantı kimi təqdim edirlər. Çox təəssüf ki, bu məsələ diqqət mərkəzindən kənarda qalır. Ermənistan sülh istəyirsə, hər şeydən öncə təcili olaraq konstitusiyasında dəyişikliklər etməlidir. Ermənistan konstitusiyası ilə Paşinyanın fikirləri arasında çox sərt ziddiyyət var".
Millət vəkili qeyd edib ki, Paşinyan separatçıları rəsmi Bakı ilə dialoqa çağırsa da onları ayrıca bir subyekt kimi təqdim etməyə çalışır və onların vəziyyətini Ermənistan üçün qırmızı xətt adlandırır:
"Moskva görüşü zamanı da Azərbaycan Ermənistanın destruktiv davranışlarını xatırlatdı, təyyarə uçuşlarına mane olunmasına, regionda gərginliyi artırma cəhdlərinə diqqət çəkdi. Bütün bunlara baxmayaraq Moskva görüşünün faydalı olduğunu düşünürəm. Məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatlarda sülhə xidmət edəcək elementlər öz əksini tapıb. Gələcəkdə ölkə liderləri səviyyəsində yeni görüşün keçiriləcəyi anonsunun verilməsi və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərin vəziyyəti ilə bağlı müzakirələrin aparılması görüşün əsas məqamı ola bilər. Bununla yanaşı xüsusi olaraq vurğulamalıyam ki, Azərbaycan ərazisində yaşayan ermənilərin vəziyyəti ilə bağlı çox aydın mövqeyimiz var və bu bizim daxili işimizdir".
Deputat vurğulayıb ki, Ermənistanın məqsədi bu görüşlərin əhəmiyyətini azaltmaqdır.
"Onlar yekun sülh sazişinin imzalanmasını hər cəhdlə yubatmağa çalışır. Azərbaycan Moskva platformasından da uğurla istifadə edir. İnanıram ki, bu, öz müsbət nəticələrini verə bilər", - millət vəkili fikirlərini yekunlaşdırıb.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.