https://sputnik.az/20230726/azerbaycanla-nigeriya-arasinda-herbi-texniki-sahede-emekdasliq-muzakire-edilib-457172067.html
Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib
Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib
Sputnik Azərbaycan
Müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T20:51+0400
2023-07-26T20:51+0400
2023-07-26T20:55+0400
hərbi
sərgi
beynəlxalq
müdafiə
nigeriya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457110561_0:256:2730:1792_1920x0_80_0_0_1c5bcca263c7cc978015ce154cf52e29.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Daha sonra "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər. Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər. Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457110561_0:0:2730:2048_1920x0_80_0_0_a583b98a326f101833b80ac0c937da20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi, beynəlxalq, müdafiə, nigeriya, azərbaycan
sərgi, beynəlxalq, müdafiə, nigeriya, azərbaycan
Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib
20:51 26.07.2023 (Yenilənib: 20:55 26.07.2023) Müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2023" Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Daha sonra "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər. Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər.
Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.