https://sputnik.az/20230726/azerbaycan-qirgizistan-nkisaf-fondu-bu-ilin-payizinda-fealiyyete-baslayacaq-457144813.html
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq
Sputnik Azərbaycan
Fondun yaradılmasına dair Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T15:40+0400
2023-07-26T15:40+0400
2023-07-26T15:40+0400
iqtisadiyyat
azərbaycan
qırğızıstan
fond
https://cdnn1.img.sputnik.az/img/42256/86/422568625_0:268:1080:876_1920x0_80_0_0_8c8e9c8ad39498fc7fcafdae906c0f10.jpg
BAKI, 26 iyul — Sputnik. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq. Qırğızıstanın "Kabar" informasiya agentliyinin məlumatına əsasən, bu barədə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasında bildirib. Onun sözlərinə görə, hazırda hər iki tərəf Qırğız Respublikası Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Fondun təsis edilməsinə dair Sazişin qüvvəyə minməsi üzrə dövlətlərarası prosedurlar başa çatdırılıb. Belə ki, Fondun şurası təsdiq olunub, Qırğızıstan tərəfindən həmsədr təyin edilib. "Azərbaycan tərəfinin qərarını gözləyirik", -deyə o əlavə edib. Xatırladaq ki, Fondun yaradılmasına dair Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. Onun təsis edilməsinə əsas məqsəd iqtisadiyyatın modernləşdirilməsi və inkişafı, istiqrazlar verilməsi yolu ilə özünü təmin edən layihələrin maliyyələşdirilməsi, kapitalda iştirak və digər maliyyə alətlərinin istifadəsidir. Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Maliyyələşdirmə tam şəkildə Azərbaycan tərəfindən həyata keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42256/86/422568625_0:167:1080:977_1920x0_80_0_0_b6f146a19e8c0a28c3d4360301ca2a51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, qırğızıstan, fond
azərbaycan, qırğızıstan, fond
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq
Fondun yaradılmasına dair Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb.
BAKI, 26 iyul — Sputnik. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu ilin payızında fəaliyyətə başlayacaq.
Qırğızıstanın "Kabar" informasiya agentliyinin məlumatına əsasən, bu barədə Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasında bildirib.
Onun sözlərinə görə, hazırda hər iki tərəf Qırğız Respublikası Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında Fondun təsis edilməsinə dair Sazişin qüvvəyə minməsi üzrə dövlətlərarası prosedurlar başa çatdırılıb. Belə ki, Fondun şurası təsdiq olunub, Qırğızıstan tərəfindən həmsədr təyin edilib. "Azərbaycan tərəfinin qərarını gözləyirik", -deyə o əlavə edib.
Xatırladaq ki, Fondun yaradılmasına dair Saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana dövlət səfəri zamanı imzalanıb. Onun təsis edilməsinə əsas məqsəd iqtisadiyyatın modernləşdirilməsi və inkişafı, istiqrazlar verilməsi yolu ilə özünü təmin edən layihələrin maliyyələşdirilməsi, kapitalda iştirak və digər maliyyə alətlərinin istifadəsidir.
Fondun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Maliyyələşdirmə tam şəkildə Azərbaycan tərəfindən həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.