https://sputnik.az/20230726/azerbaycan-qirgizistan-biznes-forumu-kecirilib-457153515.html
Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib
Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib
Sputnik Azərbaycan
Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar. 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T16:14+0400
2023-07-26T16:14+0400
2023-07-26T16:14+0400
biznes
iqtisadiyyat
qırğızıstan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 26 iyul — Sputnik. Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazirin müavini Əli Əhmədov başda olmaqla müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti biznes forumda iştirak edib. Biznes-forumda iştirak edən Ə.Əhmədov qeyd edib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır. Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb. Biznes-forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də "Ələt" azad iqtisadi zonasının işi haqqında ətraflı məlumatlandırılıblar. Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar. Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə olunub. Biznes forum çərçivəsində Azərbaycan və Qırğızıstanın investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
biznes, qırğızıstan, azərbaycan
biznes, qırğızıstan, azərbaycan
Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib
Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.
BAKI, 26 iyul — Sputnik. Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazirin müavini Əli Əhmədov başda olmaqla müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti biznes forumda iştirak edib.
Biznes-forumda iştirak edən Ə.Əhmədov qeyd edib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır.
Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb.
Biznes-forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də "Ələt" azad iqtisadi zonasının işi haqqında ətraflı məlumatlandırılıblar.
Qırğız biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar.
Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə olunub.
Biznes forum çərçivəsində Azərbaycan və Qırğızıstanın investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.