https://sputnik.az/20230726/azerbaycan-hindistani-ermenistani-silahlandirmamaga-cagirib-457165041.html
Azərbaycan Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb
Azərbaycan Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb
Sputnik Azərbaycan
Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların... 26.07.2023, Sputnik Azərbaycan
2023-07-26T16:49+0400
2023-07-26T16:49+0400
2023-07-26T17:03+0400
azərbaycan xəbərləri
hindistan
ermənistan
silah
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_0:0:1001:563_1920x0_80_0_0_f492382db2dcbec2df79f0ee10499afa.jpg
BAKI, 26 iyul — Sputnik. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Bu barədə Azərtac xəbər yayıb.Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir. Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb. Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib. Hikmət Hacıyev Azərbaycanın Hindistan ilə dialoqa hər zaman açıq olduğunu bildirib. Xatırladaq ki, yerli KİV-lərdə məlumat yayılıb ki, Nurdüz (İran) sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. Məlumatlara görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb.Silahların tədarükçüsü son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır. Açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425166034_30:0:919:667_1920x0_80_0_0_147defa0a26f9372aaf3cf2acd786b38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hindistan, ermənistan, silah
hindistan, ermənistan, silah
Azərbaycan Hindistanı Ermənistanı silahlandırmamağa çağırıb
16:49 26.07.2023 (Yenilənib: 17:03 26.07.2023) Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
BAKI, 26 iyul — Sputnik. İyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Bu barədə Azərtac xəbər yayıb.
Görüşdə Hikmət Hacıyev Ermənistan ilə Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir.
Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığının rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.
Hindistan səfiri Azərbaycan tərəfinin qaldırdığı məqamın aidiyyəti üzrə çatdırılacağını bildirib və ikitərəfli münasibətlərdə narahatlıq doğuran məsələlərin müzakirəsi üçün iki ölkə arasında dialoqun aparılmasının vacibliyini qeyd edib.
Hikmət Hacıyev Azərbaycanın Hindistan ilə dialoqa hər zaman açıq olduğunu bildirib.
Xatırladaq ki, yerli KİV-lərdə məlumat yayılıb ki, Nurdüz (İran) sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınıb. Məlumatlara görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb.
Silahların tədarükçüsü son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır. Açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.