https://sputnik.az/20230725/xn-rehberleri-moskvada-gorusecek---hansi-gozlentiler-var-457118265.html
XİN rəhbərləri Moskvada görüşəcək - Hansı gözləntilər var?
XİN rəhbərləri Moskvada görüşəcək - Hansı gözləntilər var?
Sputnik Azərbaycan
XİN rəhbərlərinin görüşü baş tutacaq və burada liderlərin görüşündə razılaşdıırlmamış bir çox bəndlər üzərində danışıqlar davam etdiriləcək. 25.07.2023, Sputnik Azərbaycan
2023-07-25T16:29+0400
2023-07-25T16:29+0400
2023-07-25T16:29+0400
moskva
təhlil
görüş
ararat mirzoyan
ceyhun bayramov
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873150_0:94:1280:814_1920x0_80_0_0_24062a010aec9c59c293dc15e522dda4.jpg
BAKI, 25 iyul — Sputnik. Bu gün Moskvada Rusiya, Azərbaycan, Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Sputnik Azərbaycan görüş öncəsi vəziyyət v danışıqlardan gözləntilərlə bağlı millət vəkilləri Naqif Həmzəyevin və Rasim Musabəyovun fikirlərini öyrənib. Millət vəkili Naqif Həmzəyev bildirib ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin intensivəşməsi müşahidə olunur. Onun sözlərinə görə, sonuncu Brüssel görüşündən sonra bir çox məsələlərdə razılığın əldə olunması mesajları verilib: "Proseslər bu tempdə davam edəcəyi, Ermənistan tərəfindən hansısa təxribat törədilməyəcəyi təqdirdə ilin sonuna qədər sülh sazişinin imzalanmasına nail ola bilərik". Naqif Həmzəyev vurğulayıb ki, ölkə liderlərinin görüşünün ardınca XİN rəhbərlərinin görüşü baş tutacaq və burada liderlərin görüşündə razılaşdıırlmamış bir çox bəndlər üzərində danışıqlar davam etdiriləcək: Ehtimal var ki, danışıqlar da bir neçə yeni bəndin müzakirələri aparılacaq. Bunların sırasında Zəngilandan Naxçıvana gedəcək dəmiryolu xəttinin işə düşməsi və xüsusilə də Ermənistan ərazisində olan dəmiryolu xəttinin inşası məsələləri müzakirə edilə bilər. Bununla yanaşı sərhədlərin delimitasiyası və müvafiq komissiyaların növbəti görüş yeri ilə bağlı dəqiqləşdirmələr baş tuta bilər". Millət vəkili bildirib ki, Laçın yolu üzərindəki nəzarət keçid məntəqəsinin fəaliyyəti də müzakirə edilə bilər: "Bu keçid məntəqəsinin fəaliyyətinin məqsədi aydındır, konkretdir və beynəlxalq hüquqa uyğun olaraq onun fəaliyyəti təşkil edilib. Azərbaycan tərəfi Laçın yolundan humanitar məqsədlə istifadənin təmin edilməsi üçünb bütün zəruri şəraiti yaradıb. Ümid edirəm ki, XİN rəhbərlərinin görüşü Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşləri üçün real zəmin yaradacaq və razıalşmalara daha da yaxınlaşmaq üçün hazırlıq missiyasını yerinə yetirmiş olacaqdır". Millət vəkili Rasim Musabəv isə bildirib ki, bu görüşdən elə də böyük gözləntisi yoxdur: "Görüş rəsmi Moskvanın vasitəçiuliyi ilə keçiriləcək. Azərbaycan bütün platformalarda mövcud problemlərin aradan qaldırılması üçün müzakirələrə hazır olduğunu bəyan edib. Mövcud situasiyanı Ermənistan süni şəkildə gərginləşdirir. Azərbaycanın tələbləri var və onlar yerinə yetirilməlidir. Azərbaycan ərazisindəki qanunsuz erməni silahlıları silahları yerə qoymalıdır. Ermənistan regiondakı vəziyəti qəlizləşdirməyə və beynəlxalq qüvvələri regiona cəlb etməyə çalışır. Onlar istəyir ki, bura beynəlxalq müşahidəçilər gəlsin, amma bu heç vaxt olmayacaq. İnanmaq istərdim ki, Rusiya bu görüşdə ermənilərin başına ağıl qoyacaq ki, Azərbaycnaın tələblərini yerinə yetirsinlər. Çünki Azərbaycan öz ərazilərində anti-terror əməliyyatları həyata keçirmək hüququnu özündə saxlayır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873150_36:0:1245:907_1920x0_80_0_0_0428d93070a7fca6a471f8d5f61d21ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
moskva, görüş, ararat mirzoyan, ceyhun bayramov, ceyhun bayramov
moskva, görüş, ararat mirzoyan, ceyhun bayramov, ceyhun bayramov
XİN rəhbərləri Moskvada görüşəcək - Hansı gözləntilər var?
XİN rəhbərlərinin görüşü baş tutacaq və burada liderlərin görüşündə razılaşdıırlmamış bir çox bəndlər üzərində danışıqlar davam etdiriləcək.
BAKI, 25 iyul — Sputnik. Bu gün Moskvada Rusiya, Azərbaycan, Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.
Sputnik Azərbaycan görüş öncəsi vəziyyət v danışıqlardan gözləntilərlə bağlı millət vəkilləri Naqif Həmzəyevin və Rasim Musabəyovun fikirlərini öyrənib.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin intensivəşməsi müşahidə olunur. Onun sözlərinə görə, sonuncu Brüssel görüşündən sonra bir çox məsələlərdə razılığın əldə olunması mesajları verilib: "Proseslər bu tempdə davam edəcəyi, Ermənistan tərəfindən hansısa təxribat törədilməyəcəyi təqdirdə ilin sonuna qədər sülh sazişinin imzalanmasına nail ola bilərik".
Naqif Həmzəyev vurğulayıb ki, ölkə liderlərinin görüşünün ardınca XİN rəhbərlərinin görüşü baş tutacaq və burada liderlərin görüşündə razılaşdıırlmamış bir çox bəndlər üzərində danışıqlar davam etdiriləcək: Ehtimal var ki, danışıqlar da bir neçə yeni bəndin müzakirələri aparılacaq. Bunların sırasında Zəngilandan Naxçıvana gedəcək dəmiryolu xəttinin işə düşməsi və xüsusilə də Ermənistan ərazisində olan dəmiryolu xəttinin inşası məsələləri müzakirə edilə bilər. Bununla yanaşı sərhədlərin delimitasiyası və müvafiq komissiyaların növbəti görüş yeri ilə bağlı dəqiqləşdirmələr baş tuta bilər".
Millət vəkili bildirib ki, Laçın yolu üzərindəki nəzarət keçid məntəqəsinin fəaliyyəti də müzakirə edilə bilər: "Bu keçid məntəqəsinin fəaliyyətinin məqsədi aydındır, konkretdir və beynəlxalq hüquqa uyğun olaraq onun fəaliyyəti təşkil edilib. Azərbaycan tərəfi Laçın yolundan humanitar məqsədlə istifadənin təmin edilməsi üçünb bütün zəruri şəraiti yaradıb. Ümid edirəm ki, XİN rəhbərlərinin görüşü Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşləri üçün real zəmin yaradacaq və razıalşmalara daha da yaxınlaşmaq üçün hazırlıq missiyasını yerinə yetirmiş olacaqdır".
Millət vəkili Rasim Musabəv isə bildirib ki, bu görüşdən elə də böyük gözləntisi yoxdur: "Görüş rəsmi Moskvanın vasitəçiuliyi ilə keçiriləcək. Azərbaycan bütün platformalarda mövcud problemlərin aradan qaldırılması üçün müzakirələrə hazır olduğunu bəyan edib. Mövcud situasiyanı Ermənistan süni şəkildə gərginləşdirir. Azərbaycanın tələbləri var və onlar yerinə yetirilməlidir. Azərbaycan ərazisindəki qanunsuz erməni silahlıları silahları yerə qoymalıdır. Ermənistan regiondakı vəziyəti qəlizləşdirməyə və beynəlxalq qüvvələri regiona cəlb etməyə çalışır. Onlar istəyir ki, bura beynəlxalq müşahidəçilər gəlsin, amma bu heç vaxt olmayacaq. İnanmaq istərdim ki, Rusiya bu görüşdə ermənilərin başına ağıl qoyacaq ki, Azərbaycnaın tələblərini yerinə yetirsinlər. Çünki Azərbaycan öz ərazilərində anti-terror əməliyyatları həyata keçirmək hüququnu özündə saxlayır".