SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinə maneə görmür - XİN

© AFP 2023 / ASAAD NIAZIQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Nazirlik bildirir ki, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi baxımdan əsaslandırılmış, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadirdir.
BAKI, 25 iyul — Sputnik. Transxəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi, maliyyə faktoru yoxdur. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Son günlər bir sıra beynəlxalq KİV-lər Türkmənistan təbii qazının qərb istiqamətində tədarükü layihəsinin həyata keçirilməsinin mümkünlüyünü şərh etməyə başlayıb. Söhbət Türkmənistan mavi yanacağının Avropa bazarlarına Transxəzər boru kəməri ilə nəqli məqsədilə Xəzər dənizinin dibi ilə qaz kəmərinin tikintisindən gedir", - deyə nazirliyin məlumatında bildirilir.
"Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinə mane olan heç bir siyasi, iqtisadi və maliyyə faktorunun olmadığına əmindir", - Türkmənistan Xarici İşlər Nazirliyi qeyd edir.
Nazirlik bildirir ki, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi baxımdan əsaslandırılmış, Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadir, Avropa istehlakçılarının xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışını təmin etməklə yanaşı, tranzit tərəflərin açıq-aşkar maraqlarını nəzərə alacaq.
"Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir", - XİN əlavə edib.
Xarici İşlər Nazirliyi onu da qeyd edir ki, Türkmənistanın təşəbbüsü ilə irəli sürülən Transxəzər qaz kəmərinin tikintisi ideyası ilkin olaraq Türkmənistan tərəfindən təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə kimi deyil, həm də istehsalçıların, istehlakçıların və tranzit ölkələrin maraq və faydalarının bərabər nəzərə alınması əsasında qlobal enerji təhlükəsizliyinin və dayanıqlığının əsas şərti, enerji axınlarının şaxələndirilməsinin vacib hissəsi kimi qiymətləndirilib.
Nazirlikdən verilən məlumata görə, layihənin bütün potensial iştirakçıları bununla razılaşır.
Türkmənistan XİN əlavə edib ki, möhkəm beynəlxalq hüquqi bazaya əsaslanaraq, Türkmənistan Transxəzər boru kəmərinin tikintisi ideyasını həyata keçirməyə imkan verəcək lazımi siyasi, maliyyə və təşkilati şəraitin yaradılmasına səy göstərib.
Qeyd edilir ki, bu məqsədlə Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında müvafiq enerji idarələrinin rəhbərlərindən ibarət üçtərəfli tərəfdaşlıq mexanizmləri formalaşdırılıb.
Transxəzər qaz kəməri Avropa İttifaqı tərəfindən perspektivli layihələr siyahısına daxil edilib.
"Ümumiyyətlə, Transxəzər boru kəmərinin tikintisi üzrə əməkdaşlıq siyasi və funksional beynəlxalq dəstək alaraq ardıcıl və praktiki şəkildə irəliləyir", - məlumatda deyilir.
"2018-ci ildə beş sahilyanı dövlət tərəfindən Xəzər dənizində siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qəbul edildikdən sonra layihənin beynəlxalq hüquqi qüvvəsi də şübhə doğurmur", - XİN qeyd edib.
"Bu sənədin 14-cü maddəsində xüsusilə qeyd olunur ki, tərəflər Xəzər dənizinin dibi ilə kabel və boru kəmərləri çəkə bilərlər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi marşrutunun müəyyənləşdirilməsi dibinin hansı sektordan sualtı kabel və ya boru kəmərinin çəkilməli olduğu tərəflə razılaşdırılmaqla həyata keçirilir", - deyə Türkmənistan Xarici İşlər Nazirliyi əlavə edib.
"Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan Respublikası arasında Xəzərin dibinin delimitasiyası ilə bağlıdır", - məlumatda vurğulanır.
Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, maliyyə mənbələri dəqiqləşməyincə, Türkmənistandan Transxəzər qaz kəmərinin çəkilməsi layihəsinin həyata keçiriləcəyini çətin hesab edir. O, bildirmişdi ki, qaz kəməri Azərbaycanın layihəsi deyil, ölkənin rolu sırf tranzitdir.
Xəbər lenti
0