https://sputnik.az/20230725/qubad-badoglu-baki-stintaq-tecridxanasina-kocurulub-457115290.html
Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürülüb
Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürülüb
Sputnik Azərbaycan
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə)... 25.07.2023, Sputnik Azərbaycan
2023-07-25T14:49+0400
2023-07-25T14:49+0400
2023-07-25T14:49+0400
qubad ibadoğlu
cəmiyyət
bakı istintaq təcridxanası
bakı istintaq təcridxanası
ədliyyə nazirliyi penitensiar xidməti
fetö
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457064065_0:0:2048:1153_1920x0_80_0_0_1f267d9bc6c46a04a584dcf53c68ccee.jpg
BAKI, 25 iyul — Sputnik. Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457064065_1:0:2048:1535_1920x0_80_0_0_4c163039519c3e99219e12f73cbfc769.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qubad ibadoğlu, bakı istintaq təcridxanası, bakı istintaq təcridxanası, ədliyyə nazirliyi penitensiar xidməti, fetö
qubad ibadoğlu, bakı istintaq təcridxanası, bakı istintaq təcridxanası, ədliyyə nazirliyi penitensiar xidməti, fetö
Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasına köçürülüb
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir
BAKI, 25 iyul — Sputnik. Ötən gün həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
O, bundan sonra Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Q.İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.