https://sputnik.az/20230725/pasinyan-sulhmeramlilarin-qarabagi-terk-etmesi-ucun-sert-ireli-surub-457115012.html
Paşinyan sülhməramlıların Qarabağı tərk etməsi üçün şərt irəli sürüb
Paşinyan sülhməramlıların Qarabağı tərk etməsi üçün şərt irəli sürüb
Sputnik Azərbaycan
Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar... 25.07.2023, Sputnik Azərbaycan
2023-07-25T20:40+0400
2023-07-25T20:40+0400
2023-07-25T20:40+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
rusiya sülhməramlıları
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_0:0:3072:1728_1920x0_80_0_0_981ca1572669ac4c1be7e1b906586b52.jpg
BAKI, 25 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya sülhməramlılarının qonşu ölkənin ərazisindən, yəni, Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının şərtini açıqlayıb. Paşinyan iddia edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsinin bir məqsədi var və bu, Rusiya Federasiyası Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb. "Qərarda deyilir ki, Rusiya Federasiyasının prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Bu, Rusiya Federasiyası prezidentinin Federal Məclisə müraciətindən götürülüb. Bu o deməkdir ki, sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, o zaman belə bir təhlükə olmamalıdır. Əgər belə bir təhlükə varsa, Ermənistan hökumətinin belə bir qərar qəbul etməsini təsəvvür etmək çətindir", - o, deyib. Baş nazirin fikrincə, geri çəkilmək qərarı üçün "Xankəndi ilə Bakı dialoqun effektiv olduğunu deməli, tərəflər Rusiya sülhməramlılarına ehtiyac olmadığını bildirməlidirlər". Paşinyan Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək və BMT Məhkəməsinin tələblərini yerinə yetirmək imkanlarını şərh edərək, bunu mövcud vasitələrdən biri adlandırıb. O qeyd edib ki, Ermənistan bu istiqamətdə işləyir, Təhlükəsizlik Şurası ölkələri ilə əlaqə saxlayır. "BMT Təhlükəsizlik Şurasına müraciət etməkdə heç bir çətinlik yoxdur. Problem qərarın qəbul edilib-edilməyəcəyi və bunun nə olacağıdır", - Ermənistanın baş naziri deyib. Onun sözlərinə görə, "unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası siyasi qurumdur, müraciət hazırlanmalı və müzakirə olunmalıdır". Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib. Sənədə əsasən, Rusiya sülhməramlılarının qalma müddəti, əgər tərəflərdən heç biri buna etiraz etməsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadıla bilər. İyulun 12-də NATO-ya üzv ölkələrin dövlət başçılarının Vilnüsdə keçirilən sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyinə əminliyini ifadə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135892_145:0:2876:2048_1920x0_80_0_0_6b90abee642d4b2acb463c8298931227.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistanın baş naziri nikol paşinyan, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları
ermənistanın baş naziri nikol paşinyan, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları
Paşinyan sülhməramlıların Qarabağı tərk etməsi üçün şərt irəli sürüb
Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib.
BAKI, 25 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında Rusiya sülhməramlılarının qonşu ölkənin ərazisindən, yəni, Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının şərtini açıqlayıb.
Paşinyan iddia edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilməsinin bir məqsədi var və bu, Rusiya Federasiyası Federal Məclisinin müvafiq qərarında öz əksini tapıb.
"Qərarda deyilir ki, Rusiya Federasiyasının prezidentinə əhalinin kütləvi ölümünün qarşısını almaq üçün sülhməramlılar göndərməyə icazə verilir. Bu, Rusiya Federasiyası prezidentinin Federal Məclisə müraciətindən götürülüb. Bu o deməkdir ki, sülhməramlılar Qarabağdan çəkilmək qərarına gəlsələr, o zaman belə bir təhlükə olmamalıdır. Əgər belə bir təhlükə varsa, Ermənistan hökumətinin belə bir qərar qəbul etməsini təsəvvür etmək çətindir", - o, deyib.
Baş nazirin fikrincə, geri çəkilmək qərarı üçün "Xankəndi ilə Bakı dialoqun effektiv olduğunu deməli, tərəflər Rusiya sülhməramlılarına ehtiyac olmadığını bildirməlidirlər".
Paşinyan Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmək və BMT Məhkəməsinin tələblərini yerinə yetirmək imkanlarını şərh edərək, bunu mövcud vasitələrdən biri adlandırıb. O qeyd edib ki, Ermənistan bu istiqamətdə işləyir, Təhlükəsizlik Şurası ölkələri ilə əlaqə saxlayır.
"BMT Təhlükəsizlik Şurasına müraciət etməkdə heç bir çətinlik yoxdur. Problem qərarın qəbul edilib-edilməyəcəyi və bunun nə olacağıdır", - Ermənistanın baş naziri deyib.
Onun sözlərinə görə, "unutmaq olmaz ki, BMT Təhlükəsizlik Şurası siyasi qurumdur, müraciət hazırlanmalı və müzakirə olunmalıdır".
Rusiya Federasiyasının sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar nəticəsində Qarabağa yerləşdirilib. Sənədə əsasən, Rusiya sülhməramlılarının qalma müddəti, əgər tərəflərdən heç biri buna etiraz etməsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadıla bilər. İyulun 12-də NATO-ya üzv ölkələrin dövlət başçılarının Vilnüsdə keçirilən sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2025-ci ilə qədər Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyinə əminliyini ifadə edib.