SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov: “Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Diplomat qeyd edib ki, Moskva sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazırdır.
BAKI, 25 iyul - Sputnik. “Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.
"Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib", - Lavrov bildirib.
Diplomat, həmçinin qeyd edib ki, Moskva sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazırdır.
Xəbər lenti
0