https://sputnik.az/20230725/kanada-a-nin-xoruna-qosulur-ermenistandaki-montorinq-missiyasi-cirkli-pullari-yuyur-457089598.html
Kanada Aİ-nin xoruna qoşulur: Ermənistandakı Montorinq Missiyası çirkli pulları yuyur?
Kanada Aİ-nin xoruna qoşulur: Ermənistandakı Montorinq Missiyası çirkli pulları yuyur?
Sputnik Azərbaycan
Politoloqlar hesab edirlər ki, Aİ Monitorinq Missiyası üçün Azərbaycan torpaqlarında yer yoxdur və onların ayaqları bu torpaqlara dəyməyəcək. 25.07.2023, Sputnik Azərbaycan
2023-07-25T09:02+0400
2023-07-25T09:02+0400
2023-07-25T10:41+0400
ermənistan
siyasət
arzu nağıyev
tofiq abbasov
kanada
monitorinq
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_0:317:3077:2047_1920x0_80_0_0_9c6de9ee9380a0b5ca493438c92a8f96.jpg
BAKI, 25 iyul — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə Ermənistandakı Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır. Xatırladaq ki, Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub. Bəs Kanadanın regiona gəlməsinin arxasında hansı məqsədlər dayanır? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov fikirlərini Sputnik Azərbaycanla bölüşüblər. Ermənistanla bağlı bu addımları işğalçı dövlətə qarşı istək və sevgidən qaynaqlanmır Millət vəkili Arzu Nağıyev deyir ki, Kanada daim Cənubi Qafqazdakı proseslərin aktiv iştirakçısı olmaq arzusunda olub: "Bu baxımdan Kanadanın Ermənistanla bağlı belə bir addım atması təəccüblə qarşılanmamalıdır. Kanadanın Ermənistanla bağlı bu addımları işğalçı dövlətə qarşı istək və sevgidən qaynaqlanmır. Onların əsas məqsədi Rusiyanın regionda rolunu, Ermənistanda təsirini azaltmaqdır. Onlar Ermənistana demokratiya vədləri ilə gəlirlər". Bütün bunların əsasında Rusiya əleyhinə siyasət aparmaq dayanır Millət vəkili vurğulayıb ki, Kanada əvvəllər Ukrayna ilə bağlı da belə addımlar atırdı: "Lobbiçilik imkanlarını işə salmaqla proseslərdə liderlik qazanmaq istəyirlər. Digər tərəfdən ATƏT-in Minsk qrupunun iflasa uğramasından sonra yaranmış boşluğu doldurmaq üçün Kanadadan istifadə olunur. Qərb Cənubi Qafqazda rolunu gücləndirməkdə qərarlı görünür. Avropa İttifaqı Fransa vasitəsilə bu istiqamətdə işləyir. Görünən odur ki, regional təsir imkanlarının artırılması üçün bu işə Kanada da cəlb olunur. Bütün bunların əsasında Rusiya əleyhinə siyasət aparmaq dayanır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur". Ermənistan xarici qüvvələrin asılılığındadır və onların yedəyində gedir Politoloq Tofiq Abbasov isə hesab edir ki, Kanada Avropa ölkəsi olmasa da, ATƏT-də təmsilçiliyi var, yəni Qərb birliyinin aparıcı ölkələrdən biridir: Amma beynəlxalq aləmdəki bir çox məsələlərdə Kanadanın iştirakı konstruktiv xarakter daşımır:"Kanadanın bizim bölgədəki vəziyyətə bilavasitə aidiyyatı yoxdur. Məsələ bundadır ki, Qərb birliyi, xüsusən də Fransa və ABŞ Ermənistanın mövqelərini gücləndirməyə çalışırlar. Çünki Ermənistanın mövcud siyasəti Qərbi qane etmir və bu siyasət aydın deyil. Azərbaycanla danışıqlarda Ermənistan geriləyir və sülhlə bağlı təkliflərimizə nə hə, nə də yox deyə bilir. Bu da onu göstərir ki, Ermənistan xarici qüvvələrin asılılığındadır və onların yedəyində gedir". Ermənistanın çıxış yolu, nicatı bölgədə yerləşən dövlətlərdən asılıdır Politoloq vurğulayıb ki, Ermənistan Qərbdən dəstək almaqla özünü toxtaq tutmağa və tək olmadığını göstərməyə çalışır: "Azərbaycan torpaqlarının işğalının davam etdiyi dövrdə məhz bu taktikadan istifadə olunurdu. Ancaq bunun sonu yoxdur. Ermənistanın çıxış yolu, nicatı bölgədə yerləşən dövlətlərdən asılıdır. Təsadüfi deyil ki, Azərbaycan müharibə başa çatandan sonra Ermənistana sülh təklif edib". Aİ Monitorinq Missiyası ilə çirkli pulların yuyulması baş verir "Kanadanın bölgəyə gəlməsi heç də yaxşı məqsədlərə xidmət eləmir. Rusiya da KTMT-nin bölgəyə gəlməsini aktivləşdirir, amma bölgədə Rusiya sülhməramlıları olduğu üçün ikinci hərbi kontingentə ehtiyac yoxdur. Ermənistan Baş naziri vaxtı uzatmaqla, mövqelərini gücləndirməyə çalışır. Monitorinq Missiyası üçün Azərbaycan torpaqlarında yer yoxdur və onların ayaqları bu torpaqlara dəyməyəcək. Azərbaycan strateji olaraq regionda üstünlüyə malikdir, hərbi gücü də hər keçən gün artır. Aİ missiyası bütün bunların fonunda sadəcə imitasiya ilə məşğuldur. Yəni onların fəaliyyəti üçün kifayət qədər böyük vəsait xərclənir. İstisna etmirəm ki, orada bu vasitə ilə çirkli pulların yuyulması baş verir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42338/07/423380708_7:0:2736:2047_1920x0_80_0_0_977c2e4392bdeec9252fcc052b635357.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, arzu nağıyev, tofiq abbasov, kanada, monitorinq, avropa ittifaqı
ermənistan, arzu nağıyev, tofiq abbasov, kanada, monitorinq, avropa ittifaqı
Kanada Aİ-nin xoruna qoşulur: Ermənistandakı Montorinq Missiyası çirkli pulları yuyur?
09:02 25.07.2023 (Yenilənib: 10:41 25.07.2023) Politoloqlar hesab edirlər ki, Aİ Monitorinq Missiyası üçün Azərbaycan torpaqlarında yer yoxdur və onların ayaqları bu torpaqlara dəyməyəcək.
BAKI, 25 iyul — Sputnik. Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə Ermənistandakı Monitorinq Missiyasına daha bir ölkə qoşulub. Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin qərarına əsasən bölgəyə missiya ilə gələn ölkə Kanadadır.
Xatırladaq ki, Avropa İttifaqı Şurası sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Aİ Şurası bildirib ki, bu missiya vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılması nəzərdə tutulub.
Bəs Kanadanın regiona gəlməsinin arxasında hansı məqsədlər dayanır?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov fikirlərini Sputnik Azərbaycanla bölüşüblər.
Ermənistanla bağlı bu addımları işğalçı dövlətə qarşı istək və sevgidən qaynaqlanmır
Millət vəkili Arzu Nağıyev deyir ki, Kanada daim Cənubi Qafqazdakı proseslərin aktiv iştirakçısı olmaq arzusunda olub:
"Bu baxımdan Kanadanın Ermənistanla bağlı belə bir addım atması təəccüblə qarşılanmamalıdır. Kanadanın Ermənistanla bağlı bu addımları işğalçı dövlətə qarşı istək və sevgidən qaynaqlanmır. Onların əsas məqsədi Rusiyanın regionda rolunu, Ermənistanda təsirini azaltmaqdır. Onlar Ermənistana demokratiya vədləri ilə gəlirlər".
Bütün bunların əsasında Rusiya əleyhinə siyasət aparmaq dayanır
Millət vəkili vurğulayıb ki, Kanada əvvəllər Ukrayna ilə bağlı da belə addımlar atırdı: "Lobbiçilik imkanlarını işə salmaqla proseslərdə liderlik qazanmaq istəyirlər. Digər tərəfdən ATƏT-in Minsk qrupunun iflasa uğramasından sonra yaranmış boşluğu doldurmaq üçün Kanadadan istifadə olunur. Qərb Cənubi Qafqazda rolunu gücləndirməkdə qərarlı görünür. Avropa İttifaqı Fransa vasitəsilə bu istiqamətdə işləyir. Görünən odur ki, regional təsir imkanlarının artırılması üçün bu işə Kanada da cəlb olunur. Bütün bunların əsasında Rusiya əleyhinə siyasət aparmaq dayanır. Bunun üçün müxtəlif vasitələrdən istifadə olunur".
Ermənistan xarici qüvvələrin asılılığındadır və onların yedəyində gedir
Politoloq Tofiq Abbasov isə hesab edir ki, Kanada Avropa ölkəsi olmasa da, ATƏT-də təmsilçiliyi var, yəni Qərb birliyinin aparıcı ölkələrdən biridir: Amma beynəlxalq aləmdəki bir çox məsələlərdə Kanadanın iştirakı konstruktiv xarakter daşımır:
"Kanadanın bizim bölgədəki vəziyyətə bilavasitə aidiyyatı yoxdur. Məsələ bundadır ki, Qərb birliyi, xüsusən də Fransa və ABŞ Ermənistanın mövqelərini gücləndirməyə çalışırlar. Çünki Ermənistanın mövcud siyasəti Qərbi qane etmir və bu siyasət aydın deyil. Azərbaycanla danışıqlarda Ermənistan geriləyir və sülhlə bağlı təkliflərimizə nə hə, nə də yox deyə bilir. Bu da onu göstərir ki, Ermənistan xarici qüvvələrin asılılığındadır və onların yedəyində gedir".
Ermənistanın çıxış yolu, nicatı bölgədə yerləşən dövlətlərdən asılıdır
Politoloq vurğulayıb ki, Ermənistan Qərbdən dəstək almaqla özünü toxtaq tutmağa və tək olmadığını göstərməyə çalışır: "Azərbaycan torpaqlarının işğalının davam etdiyi dövrdə məhz bu taktikadan istifadə olunurdu. Ancaq bunun sonu yoxdur. Ermənistanın çıxış yolu, nicatı bölgədə yerləşən dövlətlərdən asılıdır. Təsadüfi deyil ki, Azərbaycan müharibə başa çatandan sonra Ermənistana sülh təklif edib".
Aİ Monitorinq Missiyası ilə çirkli pulların yuyulması baş verir
"Kanadanın bölgəyə gəlməsi heç də yaxşı məqsədlərə xidmət eləmir. Rusiya da KTMT-nin bölgəyə gəlməsini aktivləşdirir, amma bölgədə Rusiya sülhməramlıları olduğu üçün ikinci hərbi kontingentə ehtiyac yoxdur. Ermənistan Baş naziri vaxtı uzatmaqla, mövqelərini gücləndirməyə çalışır. Monitorinq Missiyası üçün Azərbaycan torpaqlarında yer yoxdur və onların ayaqları bu torpaqlara dəyməyəcək. Azərbaycan strateji olaraq regionda üstünlüyə malikdir, hərbi gücü də hər keçən gün artır. Aİ missiyası bütün bunların fonunda sadəcə imitasiya ilə məşğuldur. Yəni onların fəaliyyəti üçün kifayət qədər böyük vəsait xərclənir. İstisna etmirəm ki, orada bu vasitə ilə çirkli pulların yuyulması baş verir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.