https://sputnik.az/20230725/cinin-yoxa-cixan-xarici-isler-nazirinden-xeber-var-457118510.html
Çinin yoxa çıxan xarici işlər nazirindən xəbər var
Çinin yoxa çıxan xarici işlər nazirindən xəbər var
Sputnik Azərbaycan
Çin XİN itkin nazirin yerinə keçmiş naziri gətirib?
2023-07-25T16:57+0400
2023-07-25T16:57+0400
2023-07-25T17:27+0400
çin
dünya xəbərləri
xarici işlər naziri
çxr xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0e/455896251_0:161:3071:1888_1920x0_80_0_0_d0f80d7d43d91a8da3785806e79213b2.jpg
BAKI, 25 iyul — Sputnik. Çinin xarici işlər naziri Sin Qan tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə "Global Times" məlumat yayıb. Çin Xalq Respublikasının Xarici İşlər Naziri vəzifəsinə Çin Xalq Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ təyin edilib. Sin Qanın Çinin xarici işlər naziri vəzifəsinə təyin edilməsi ötən il dekabrın 30-da məlum olub. Bundan əvvəl o, Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıb. Əvvəllər Van İ Xarici İşlər Nazirliyinin rəhbəri olub: o, bu vəzifəni 2013-cü ildən tuturdu. Sin Qan nazir olduqdan sonra Van İ ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri olub. Həmin vaxt xarici KİV-lər hesab edirdilər ki, Sin Qanın təyinatı Çin prezidenti Si Cinpinin ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyi ilə üst-üstə düşür. Son həftələrdə Sin Qan ictimaiyyətə görünmür. Xüsusilə, iyulun əvvəlində o, Cakartada keçirilən ASEAN sammitində iştirak etməyib. Çin tərəfini Van İ təmsil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0e/455896251_170:0:2901:2048_1920x0_80_0_0_4d9d2d044bef97b87b463370c63e31b9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin xin sin qan
Çinin yoxa çıxan xarici işlər nazirindən xəbər var
16:57 25.07.2023 (Yenilənib: 17:27 25.07.2023) Sin Qanın Çinin xarici işlər naziri vəzifəsinə təyin edilməsi ötən il dekabrın 30-da məlum olub.
BAKI, 25 iyul — Sputnik. Çinin xarici işlər naziri Sin Qan tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu barədə "Global Times" məlumat yayıb.
Çin Xalq Respublikasının Xarici İşlər Naziri vəzifəsinə Çin Xalq Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ təyin edilib.
Sin Qanın Çinin xarici işlər naziri vəzifəsinə təyin edilməsi ötən il dekabrın 30-da məlum olub. Bundan əvvəl o, Çinin ABŞ-dakı səfiri vəzifəsində çalışıb.
Əvvəllər Van İ Xarici İşlər Nazirliyinin rəhbəri olub: o, bu vəzifəni 2013-cü ildən tuturdu. Sin Qan nazir olduqdan sonra Van İ ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri olub. Həmin vaxt xarici KİV-lər hesab edirdilər ki, Sin Qanın təyinatı Çin prezidenti Si Cinpinin ABŞ-la münasibətləri yaxşılaşdırmaq istəyi ilə üst-üstə düşür.
Son həftələrdə Sin Qan ictimaiyyətə görünmür. Xüsusilə, iyulun əvvəlində o, Cakartada keçirilən ASEAN sammitində iştirak etməyib. Çin tərəfini Van İ təmsil edib.