Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitinin keçirilməsi planlaşdırılır
22:23 25.07.2023 (Yenilənib: 22:25 25.07.2023)
© Sputnik / Сергей БобылевOktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü
© Sputnik / Сергей Бобылев
Abunə olmaq
Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olub.
BAKI, 25 iyul - Sputnik. "Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitinin keçirilməsi planlaşdırılır". Bunu Rusiya XİN başçısı Sergey Lavrov həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlardan sonra deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün qarşılıqlı əsasda təminat verməyə hazırdırlar.
"Bakı və İrəvan arasında böyük danışıqlar prosesinin son nöqtəsi sülh müqaviləsinin imzalanması olacaq", - Lavrov deyib.
Həmçinin nazir qeyd edib ki, Rusiya parlamentarilər vasitəsilə Azərbaycan və Ermənistanı üçtərəfli dialoqa başlamağa dəvət edib.
"Moskva Bakı və İrəvana razılığa gəlməyə yardım etməkdə maraqlı olan ölkələrin istəyini alqışlayır", - Lavrov bəyan edib.