QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Azərişıq" Qarabağda elektromobillər üçün şarj stansiyaları quraşdırıb

© Depositphotos.com / MiflippoElektromobil
Elektromobil - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Araz Məmmədzadə bildirib ki, "Yaşıl enerji zonasında - yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq
BAKI, 25 iyul — Sputnik. Şuşa, Hadrut və Xocavənddə elektromobillər üçün şarj stansiyaları fəaliyyət göstərir. Bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun bu ilin 6 ayında gördüyü işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, gələcəkdə "Azərişıq" özü də elektromobillərdən istifadə etməyi planlaşdırır: "Xüsusilə "Yaşıl enerji zonasında - yarımstansiyaların yaxınlığında bu cihazları quraşdırmaq asandır. Gələcəkdə bu ərazilərdə elektromobillər üstünlük təşkil edəcəyi üçün bütün yarımstansiyalarda şarj stansiyaları quraşdırılacaq".
İşıq şəbəkəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2023
CƏMİYYƏT
"Azərişıq" bu il üçün ölkə üzrə nəzərdə tutulan elektrik enerjisinin 48 %-ni alıb
Xəbər lenti
0