https://sputnik.az/20230725/azerisiq-bu-il-ucun-olke-uzre-nezerde-tutulan-elektrik-enerjisinin-48--ni-alib-457115426.html
"Azərişıq" bu il üçün ölkə üzrə nəzərdə tutulan elektrik enerjisinin 48 %-ni alıb
"Azərişıq" bu il üçün ölkə üzrə nəzərdə tutulan elektrik enerjisinin 48 %-ni alıb
Sputnik Azərbaycan
Bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq. Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. 25.07.2023, Sputnik Azərbaycan
2023-07-25T15:24+0400
2023-07-25T15:24+0400
2023-07-25T15:24+0400
azərişıq
cəmiyyət
"azərişıq" asc
enerji
https://cdnn1.img.sputnik.az/img/07e5/07/08/427425328_0:0:3241:1824_1920x0_80_0_0_b6fb3a44178136cf7b2ca3640d4bc565.jpg
BAKI, 25 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən ölkə üzrə 10 milyard 095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb. Bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib. O bildirib ki, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır. R.Quliyev qeyd edib ki, avqust ayında 2 milyard 090 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur: "Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib". Qurum rəsmisi bildirib ki, bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq. Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşıdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/08/427425328_510:0:3241:2048_1920x0_80_0_0_162f3d3a2544cc32335d04eaae1691d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərişıq, "azərişıq" asc, enerji
azərişıq, "azərişıq" asc, enerji
"Azərişıq" bu il üçün ölkə üzrə nəzərdə tutulan elektrik enerjisinin 48 %-ni alıb
Bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq. Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir.
BAKI, 25 iyul — Sputnik. Bu ilin yanvar-iyun aylarında "Azərişıq" ASC tərəfindən ölkə üzrə 10 milyard 095 milyon kVt/saat elektrik enerjisi alınıb, 140 min ədəd elektrik sayğacı quraşdırılıb.
Bu barədə "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair Hadrutda media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
O bildirib ki, cari ildə texniki itkilərin maksimum faiz həddi 8,6 % səviyyəsində olacağı proqnozlaşdırılır.
R.Quliyev qeyd edib ki, avqust ayında 2 milyard 090 milyon kVt/saat elektrik enerjisi tələbatının olacağı nəzərdə tutulur: "Bu ilin sonuna ölkə üzrə 21 milyard 122,5 milyon kVt/saat elektrik enerjisi həcminin alınması planlaşdırılıb. 2022-ci ildə bu rəqəm 20 milyard 184,5 milyon kVt/saat təşkil edib".
Qurum rəsmisi bildirib ki, bu ilin sonuna "Azərişıq" ASC-nin abonent sayı 2 milyon 937 min 601-ə çatdırılacaq. Yığım səviyyəsi isə 97,2 % həddində gözlənilir. Bu ilin sonuna 280 mindən çox sayğacın quraşıdırlması nəzərdə tutulub. 2022-ci ildə bu rəqəm 269 min 901 ədəd olub.