Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

© AR Ministry of DefenceMüdafiə Nazirliyinin rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib
Müdafiə Nazirliyinin rəhbər heyəti “IDEF-23” sərgisinin açılış mərasimində iştirak edib - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Zakir Həsənov Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.
BAKI, 25 iyul — Sputnik. Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən "IDEF - 23" 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Nazirliyin rəhbər heyəti sərgidə "ASELSAN", "ROKETSAN", "DEARSAN" və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri Mehmet Fatih Kacır ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.
Xəbər lenti
0