CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ana həbsdə olan oğluna narkotik aparan zaman tutulub

© AFP 2023 / RODGER BOSCHNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Salyan şəhər sakini tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə - heroin aşkar olunub
BAKI, 25 iyul — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Penitensiar Xidmət məlumat yayıb.
Qeyd edilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Alim oğlu Əsgərova anası Salyan şəhər sakini Ruhəngiz Rzalı qızı Əsgərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan plastin qabdakı balın içərisində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,800 qram olan narkotik maddə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0