Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada itkin düşən turistlərin yeri müəyyən edilib

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonunda girişdə lövhə, arxiv şəkli
Zaqatala rayonunda girişdə lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Yerli turistlər Zaqatala rayonu Qəbizdərə kəndindən başlayaraq dağlıq-meşəlik əraziyə daxil olublar, sonra köməksiz vəziyyətdə qalıblar.
BAKI, 24 iyul — Sputnik. Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduğu yer müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
***
Zaqatalada itkin düşdüyü ehtimal edilən turistlər axtarılır. Ötən gün Zaqatalaya istirahətə gələn iki yerli turist şəlaləyə gedən istiqamətə yollanıb və onlarla əlaqə kəsilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, turistlərin itkin düşməsi barədə onların yaxınları Fövqaladə Hallar Nazirliyinin qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verib.
Polis orqanlarına müraciətdə qeyd olunub ki, yerli turistlər Zaqatala rayonu Qəbizdərə kəndindən başlayaraq dağlıq-meşəlik əraziyə daxil olub.
Onların məşhur Zaqatala şəlaləsi istiqamətində hərəkət etdiyi bildirilir. Onlar elə bu istiqamətdəki ərazilərdə də yoxa çıxıblar. Ötən gün ərazidə qısamüddətli axtarış aparılıb. Bu gün də əməliyyat şəraitinə uyğun tədbirlər davam etdirlir.
Qeyd edək ki, ötən il Hindistan vətəndaşı olan bir şəxs də heç bir bələdçinin xidmətindən istifadə etmədən təkbaşına səyahətə çıxıb və rayonun dağlıq-meşəlik ərazisində itkin düşüb. Onun axtarışları aylarla davam edib. Bu günədək ondan heç bir xəbər yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0