https://sputnik.az/20230724/turkiyede-dermanlarin-qiymeti-qaldirildi-457070986.html
Türkiyədə dərmanların qiyməti qaldırıldı
Türkiyədə dərmanların qiyməti qaldırıldı
Sputnik Azərbaycan
Türkiyədəki bahalaşma Bakı apteklərində qiymət artımı yaratdı
2023-07-24T19:46+0400
2023-07-24T19:46+0400
2023-07-24T20:24+0400
dərman
səhiyyə
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_0:0:3071:1728_1920x0_80_0_0_e0904b8fe182a92db60604ee8da1d54c.jpg
BAKI, 24 iyul — Sputnik. Türkiyədə dərmanların qiymətində istifadə edilən 1 avronun dəyəri 30,5 faiz artırılaraq 14,0387 türk lirəsi (TL) olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, insanların istifadəsi üçün dərman vasitələrinin qiymətinə dair qərarda dəyişiklik edilməsi ilə bağlı dövlət başçısının qərarı "Resmi Gazete"də dərc olunub. Belə ki, dərmanların qiymətində istifadə edilən 1 avronun dəyəri 30,5 faiz artaraq 14,0387 TL olaraq müəyyən edilib. Qeyd edək ki, Türkiyədə dərman vasitələrinin qiymətləri tənzimlənərkən daxili satış üçün valyuta kimi istinad olaraq avro əsas götürülməklə onun məzənnəsi tənzimləyici tərəfindən müəyyənləşdirilir. Qeyd olunan məzənnə daxili satış üçün olduğuna görə dərman vasitələri ixrac olunarkən həmin məzənnə tətbiq edilmir. Xatırladaq ki, iyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil. "Türkiyədə qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir" O qeyd edib ki, Türkiyə ilə qiymətləri müqayisə etsək, Türkiyənin 70-80 faizdən çoxu daxili istehsaldır: "Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir". "Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər"-deyə, o əlavə edib. Əlavə edək ki, hazırda Türkiyədə 1 avro 30 lirəyə yaxındır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/18/425545723_257:0:2988:2048_1920x0_80_0_0_326647cc5c238ccc3007efca2f53ef1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dərman bahalaşma türkiyə aptek
dərman bahalaşma türkiyə aptek
Türkiyədə dərmanların qiyməti qaldırıldı
19:46 24.07.2023 (Yenilənib: 20:24 24.07.2023) İnsanların istifadəsi üçün dərman vasitələrinin qiymətinə dair qərarda dəyişiklik "Resmi Gazete"də dərc olunub.
BAKI, 24 iyul — Sputnik. Türkiyədə dərmanların qiymətində istifadə edilən 1 avronun dəyəri 30,5 faiz artırılaraq 14,0387 türk lirəsi (TL) olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, insanların istifadəsi üçün dərman vasitələrinin qiymətinə dair qərarda dəyişiklik edilməsi ilə bağlı dövlət başçısının qərarı "Resmi Gazete"də dərc olunub. Belə ki, dərmanların qiymətində istifadə edilən 1 avronun dəyəri 30,5 faiz artaraq 14,0387 TL olaraq müəyyən edilib.
Qeyd edək ki, Türkiyədə dərman vasitələrinin qiymətləri tənzimlənərkən daxili satış üçün valyuta kimi istinad olaraq avro əsas götürülməklə onun məzənnəsi tənzimləyici tərəfindən müəyyənləşdirilir. Qeyd olunan məzənnə daxili satış üçün olduğuna görə dərman vasitələri ixrac olunarkən həmin məzənnə tətbiq edilmir.
Xatırladaq ki, iyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirib ki, Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil.
"Türkiyədə qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir"
O qeyd edib ki, Türkiyə ilə qiymətləri müqayisə etsək, Türkiyənin 70-80 faizdən çoxu daxili istehsaldır: "Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir".
"Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər"-deyə, o əlavə edib.
Əlavə edək ki, hazırda Türkiyədə 1 avro 30 lirəyə yaxındır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.