https://sputnik.az/20230724/tramp-baydeni-pentaqonda-silah-sursat-catismazligini-etiraf-etdiyine-gore-qinadi-457069195.html
Tramp Baydeni Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə qınadı
Tramp Baydeni Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə qınadı
Sputnik Azərbaycan
ABŞ-ın sabiq prezidenti bildirib ki, nüvə silahının yayılması səbəbindən bu günlərimizi ABŞ tarixində ən təhlükəli dövr hesab etmək olar. 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T22:34+0400
2023-07-24T22:34+0400
2023-07-24T22:34+0400
donald tramp
dünya xəbərləri
co bayden
abş prezidenti cozef bayden
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683838_0:160:3072:1888_1920x0_80_0_0_53b3627f8d18b4a4beb612f6301c4ad1.jpg
BAKI, 24 iyul — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp xələfi Co Baydeni "ölkə tarixinin ən təhlükəli dövründə" Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə tənqid edib. Bu barədə Rusiya mediası Donald Trampın "Fox News"a verdiyi müsahibəsindəki çıxışına istinadən xəbər verib. Trampın sözlərinə görə, ABŞ-da nə etdiyini anlamayan bir adam hakimiyyəti idarə edir. "Əgər hər şeyi vermisinizsə, bu, dəhşətlidir. Ancaq bunu bütün dünyaya demək daha da pisdir. O, Çinə və bizə düşmən olan digər ölkələrə bizim silah-sursatımızın olmadığını deyir. Bunu söyləmək üçün nə qədər axmaq olmaq lazımdır?" - Tramp deyib. Tramp əlavə edib ki, nüvə silahının yayılması səbəbindən bu günləri ABŞ tarixində ən təhlükəli dövr hesab etmək olar. Professor Cozef Sirakuza bu yaxınlarda qeyd edib ki, Rusiyanın nüvə potensialını və lazım gələrsə, onun nüvə silahından istifadə etmək əzmini qiymətləndirmək ABŞ Prezidenti Co Baydenin ölümcül səhvidir.
https://sputnik.az/20230430/bayden-cinle-munaqise-uzunden-ukraynaya-maragini-itirib-454309177.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449683838_171:0:2902:2048_1920x0_80_0_0_f524cdfd6dda40e99b14c0f7eecdf845.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, co bayden, abş prezidenti cozef bayden, rusiya, ukrayna
donald tramp, co bayden, abş prezidenti cozef bayden, rusiya, ukrayna
Tramp Baydeni Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə qınadı
ABŞ-ın sabiq prezidenti bildirib ki, nüvə silahının yayılması səbəbindən bu günlərimizi ABŞ tarixində ən təhlükəli dövr hesab etmək olar.
BAKI, 24 iyul — Sputnik. ABŞ-ın sabiq Prezidenti Donald Tramp xələfi Co Baydeni "ölkə tarixinin ən təhlükəli dövründə" Pentaqonda silah-sursat çatışmazlığını etiraf etdiyinə görə tənqid edib.
Bu barədə Rusiya mediası Donald Trampın "Fox News"a verdiyi müsahibəsindəki çıxışına istinadən xəbər verib.
Trampın sözlərinə görə, ABŞ-da nə etdiyini anlamayan bir adam hakimiyyəti idarə edir.
"Əgər hər şeyi vermisinizsə, bu, dəhşətlidir. Ancaq bunu bütün dünyaya demək daha da pisdir. O, Çinə və bizə düşmən olan digər ölkələrə bizim silah-sursatımızın olmadığını deyir. Bunu söyləmək üçün nə qədər axmaq olmaq lazımdır?" - Tramp deyib.
Tramp əlavə edib ki, nüvə silahının yayılması səbəbindən bu günləri ABŞ tarixində ən təhlükəli dövr hesab etmək olar.
Professor Cozef Sirakuza bu yaxınlarda qeyd edib ki, Rusiyanın nüvə potensialını və lazım gələrsə, onun nüvə silahından istifadə etmək əzmini qiymətləndirmək ABŞ Prezidenti Co Baydenin ölümcül səhvidir.