https://sputnik.az/20230724/rezidenturaya-qebul-imtahani-ucun-qeydiyyat-baslayib-457064975.html
Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb
Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb
Sputnik Azərbaycan
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T10:30+0400
2023-07-24T10:30+0400
2023-07-24T10:44+0400
rezidentura
təhsil
dim
dövlət imtahan mərkəzi
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216620_0:160:3072:1888_1920x0_80_0_0_22209ab662370503d6fdca601248fdd1.jpg
BAKI, 24 iyul — Sputnik. Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul" almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 2 avqust saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da baş tutub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216620_171:0:2902:2048_1920x0_80_0_0_53650c33b45764911c9f02ba6824824e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rezidentura, dim, dövlət imtahan mərkəzi, imtahan
rezidentura, dim, dövlət imtahan mərkəzi, imtahan
Rezidenturaya qəbul imtahanı üçün qeydiyyat başlayıb
10:30 24.07.2023 (Yenilənib: 10:44 24.07.2023) Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
BAKI, 24 iyul — Sputnik. Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlayıb.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul" almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 2 avqust saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.
İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 13-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdi iyulun 16-da baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.