Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağ adının etimologiyası nədir? - VİDEO

Abunə olmaq
Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun fikirləri ilə ətraflı şəkildə video müsahibədə tanış ola bilərsiniz.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində (ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyat)" kitabı nəşr olunub.
Monoqrafiyada XX əsrin əvvəllərində Qarabağda cərəyan edən ictimai–siyasi proseslər, bölgənin inzibati-ərazi idarəetmə sistemi araşdırılır, arxiv sənədləri əsasında Qarabağın demoqrafik vəziyyəti, aqrar münasibətləri, kənd təsərrüfatı və ədəbi-mədəni həyatı təhlil edilir.
Nəşrin müəllifi Bəxtiyar Həsənov kitab barədə Sputnik Azərbaycan-a danışıb.
Bəxtiyar Həsənov bildirib ki, bu kitabda Qarabağın qədim dövrdən bu günə qədərki xronikası verilib:
"Kitabda Qarabağın ərazisi, əhalisi, inzibati ərazi bölgüsü, memarlığı haqqında müfəssəl məlumatlar bu kitabda toplanıb. Kitab arxiv materialları əsasında hazırlanıb. Kitabın özündə 75 arxiv sənədi nəşr olunub".
Onun sözlərinə görə, kitabda Qarabağdakı əhalinin etnik tərkibi ilə bağlı müfəssəl məlumatlar verilib:

"Bu kitab Qarabağdakı demoqrafik vəziyyətlə bağlı statistik məlumatlar ətraflı şəkildə göstərilir. 1828-ci ildən sonra ermənilərin Qarabağa köçürülməsindən bölgədə demoqrafik vəziyyəti dəyişmək planlaşdırılırdı. Ancaq ermənilər bu üstünlüyü qazana bilmirdilər. Bundan sonra 1899-cu ildə Rusiya çarı yenidən fərman imzalayır ki, rus provaslavları da bu ərazilərə köçürülsün. Erməni tarixçiləri Qarabağla bağlı bizim alimlərdən çox əsərlər yazırlar, ancaq onların fakt kimi irəli sürdüyü iddiaların əksəriyyəti cəfəngiyyatdır. Biz ehtimal edirik ki, Qarabağ adı orada yaşayan adı ilə bağlıdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0