https://sputnik.az/20230724/prezident-xelef-xelefovu-vezifesinden-azad-etdi-457075559.html
Prezident Xələf Xələfovu nazir müavini vəzifəsindən azad etdi
Prezident Xələf Xələfovu nazir müavini vəzifəsindən azad etdi
Sputnik Azərbaycan
İlham Əliyevin Xələfovu öz yanına niyə apardığı bəlli oldu
2023-07-24T14:25+0400
2023-07-24T14:25+0400
2023-07-24T14:31+0400
xələf xələfov
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/40824/94/408249465_0:104:2000:1229_1920x0_80_0_0_72cde4fb1724ca971cd20eafdf0f72a7.jpg
BAKI, 24 iyul — Sputnik. Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 878) ləğv edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Xələf Xələfov 2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40824/94/408249465_249:77:1853:1280_1920x0_80_0_0_0624602f9250bb03f1ecc36071756132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xələf xələfov ilham əliyev prezident
xələf xələfov ilham əliyev prezident
Prezident Xələf Xələfovu nazir müavini vəzifəsindən azad etdi
14:25 24.07.2023 (Yenilənib: 14:31 24.07.2023) Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
BAKI, 24 iyul — Sputnik. Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla "Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1158 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 878) ləğv edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Xələf Əli oğlu Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Xələf Xələfov 2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.