https://sputnik.az/20230724/prezident-turnikde-dartinmasi-barede-genc-oldugum-zaman-bunu-hec-gostermirdim-457088392.html
Prezident turnikdə dartınması barədə: "Gənc olduğum zaman bunu heç göstərmirdim"
Prezident turnikdə dartınması barədə: "Gənc olduğum zaman bunu heç göstərmirdim"
Sputnik Azərbaycan
Prezident turnikdə 15 dəfə dartınmasının mesaj olduğunu deyib
2023-07-24T17:49+0400
2023-07-24T17:49+0400
2023-07-24T18:04+0400
prezident ilham əliyev
siyasət
çin
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/12/434350437_0:318:2511:1730_1920x0_80_0_0_779cf9d5b1ca53729aa9fe3d1a24a7fb.jpg
BAKI, 24 iyul — Sputnik. "Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində ad günündə Qarabağa səfəri zamanı turnikdə dartınması ilə bağlı suala cavab verərkən söyləyib. "Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz" , - deyə o bildirib. Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyev 60 yaşında 15 dəfə turnikdə dartınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230724/prezident-china-media-group-media-korporasiyasina-musahibe-verib-457081287.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/12/434350437_0:83:2511:1966_1920x0_80_0_0_62e4a867f9760d88441a57b4a67ba6ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilham əliyev prezident turnik
ilham əliyev prezident turnik
Prezident turnikdə dartınması barədə: "Gənc olduğum zaman bunu heç göstərmirdim"
17:49 24.07.2023 (Yenilənib: 18:04 24.07.2023) İlham Əliyevin sözlərinə görə, gənc nəslə ismarıc vermək istəyib ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan.
BAKI, 24 iyul — Sputnik. "Əvvəllər çox edirdim. Sadəcə, indi birinci dəfə göstərdim".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində ad günündə Qarabağa səfəri zamanı turnikdə dartınması ilə bağlı suala cavab verərkən söyləyib.
"Gənc olduğum zaman bunu heç zaman göstərmirdim, çünki gənc insan üçün bunu çox etmək təbii haldır. Nəyə görə bunu göstərdim? İstəyirəm ki, gənc nəsil eynən bu cür etsin. Demək istəyirəm ki, 60 yaşın olsa belə, əgər pis vərdişlərin yoxdursa, idmanla müntəzəm məşğul olursansa, onda bunu bacararsan. Mənim gənc nəslə ismarışım bu idi. Əgər siz hesab edirsiniz ki, 60 yaşınız var, edə bilməzsiniz, yanılırsınız, bacararsınız. Amma ondan çox dartınmaq, bəlkə də, bacararam. Lakin bu, o qədər cəlbedici olmaz" , - deyə o bildirib.
Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyev 60 yaşında 15 dəfə turnikdə dartınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.