CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava küləkli olacaq - Proqnoz

© AFP 2023 / GIUSEPPE CACACEBakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Azərbaycanın bəzi rayonlarında qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
BAKI, 24 iyul - Sputnik. İyulun 24-də yulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 33-38°, dağlarda 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0