https://sputnik.az/20230724/medet-quliyev-turkiyeden-tecili-qayidaraq-sirvana-gedib-457094592.html
Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib
Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib
Sputnik Azərbaycan
Müdafiə sənayesi naziri niyə Türkiyədən təcili döndü
2023-07-24T21:58+0400
2023-07-24T21:58+0400
2023-07-25T08:35+0400
mədət quliyev
hadisə
şirvan
müdafiə sənayesi nazirliyi
https://cdnn1.img.sputnik.az/img/41480/62/414806258_0:0:2000:1125_1920x0_80_0_0_b43b9023c54757e24663e8174021cb81.jpg
BAKI, 24 iyul - Sputnik. Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş Müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı ilə əlaqədar Bakıya geri dönüb. O, dərhal Şirvan şəhərinə yollanıb.Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov, İcra Başçısı İlqar Abbasovla birlikdə hadisə yerinə baş çəkiblər, ətraflı məlumat əldə ediblər.Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.
https://sputnik.az/20240428/mudafie-senayesi-nazirliyinin-sirvandaki-zavodunda-partlayis-olen-ve-xesaret-alan-var-457071706.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41480/62/414806258_206:0:1979:1330_1920x0_80_0_0_e560768b5cd0dcfe2b1158462e55f385.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şirvan partlayış hərbi müdafiə sənayesi naziri
şirvan partlayış hərbi müdafiə sənayesi naziri
Mədət Quliyev Türkiyədən təcili qayıdaraq Şirvana gedib
21:58 24.07.2023 (Yenilənib: 08:35 25.07.2023) Nazir partlayış baş verən əraziyə, xəsarət alan işçiyə və ölən işçinin ailəsinə baş çəkib.
BAKI, 24 iyul - Sputnik. Türkiyədə keçirilən “İDEF-2023” Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün qardaş ölkəyə səfər etmiş Müdafiə sənayesi naziri Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı ilə əlaqədar Bakıya geri dönüb. O, dərhal Şirvan şəhərinə yollanıb.
Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin səlahiyyətli əməkdaşları, Şirvan şəhərinin prokuroru Kamal Talıbov, İcra Başçısı İlqar Abbasovla birlikdə hadisə yerinə baş çəkiblər, ətraflı məlumat əldə ediblər.
Mədət Quliyev və digər rəsmi şəxlər hadisə nəticəsində xəsarət alan Səbinə Şəkərovanı xəstəxanada ziyarət ediblər, həkimlərdən xəstənin vəziyyəti barədə məlumat alıblar.
Daha sonra Mədət Quliyev Hacıqabulda dəfn edilmiş Mehman Əhmədovun ailəsi və doğmaları ilə görüşüb, mərhumun yaxınlarına başsağlığı verib.
Müdafiə Sənayesi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun verdiyi məlumata görə, bu gün Nazirliyə məxsus “Şirvan Araz zavodu” MMC-də partlayış baş verib. Nəticədə bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
Hazırda MSN, FHN və Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.