https://sputnik.az/20230724/manatin-aqibeti-nece-olacaq-merkezi-bank-ucot-derecesi-ile-bagli-qerar-verecek-457064445.html
Manatın aqibəti necə olacaq? Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
Manatın aqibəti necə olacaq? Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
Sputnik Azərbaycan
İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə... 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T19:30+0400
2023-07-24T19:30+0400
2023-07-24T19:30+0400
mərkəzi bank
iqtisadiyyat
manat
uçot dərəcəsi
azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 24 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. İyulun 26-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı beşinci qərarını açıqlyacaq. Mərkəzi Bankdan bildirilib ki, pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək. "Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək", - Mərkəzi Bankın açıqlamasında bildirilib. Qeyd edək ki, bundan əvvəl iyun ayının 21-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi bank, manat, uçot dərəcəsi, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
mərkəzi bank, manat, uçot dərəcəsi, azərbaycan mərkəzi bankı uçot dərəcəsini 3%-ə endirib
Manatın aqibəti necə olacaq? Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verəcək
İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək
BAKI, 24 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
İyulun 26-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı beşinci qərarını açıqlyacaq.
Mərkəzi Bankdan bildirilib ki, pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək. "Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək", - Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edək ki, bundan əvvəl iyun ayının 21-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.