SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Özbəkistan prezidentinə zəng edib

© Official website of President of Azerbaijan Republic İlham Əliyev və Şavkat Mirziyoyev, arxiv şəkli
İlham Əliyev və Şavkat Mirziyoyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
BAKI, 24 iyul — Sputnik. İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona Özbəkistanın inkişafı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin sürətli inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da hərtərəfli inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, yaxın gələcəkdə Şavkat Mirzizoyevin Azərbaycana dövlət səfərinin gözlənildiyi vurğulanaraq, bu səfərin əlaqələrimizin inkişafında növbəti mərhələ olacağına əminlik ifadə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0