SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir

İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Dövlət başçısı bildirib ki, bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb.
BAKI, 24 iyul — Sputnik. "Əslində, əgər siz kimisə nəyinsə pozulmasında ittiham etmək istəyirsinizsə, birinci, güzgüdə özünüzə baxıb görməlisiniz, sizin üzünüzdə qüsurlar varmı?".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir: "Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Mən burada mənəvi işgəncəni nəzərdə tuturam. Onun fiziki işgəncəyə məruz qalmasını bilmirəm. Bilmədiyim məsələni deyə bilmərəm. Lakin, insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Bəlkə də, o, səhv edib, yaxud qaydaları pozub. Bununla belə, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Ona görə dedim, baxın Culian Assanjın məsələsinə, görün həmin insanla siz nə etdiniz? Onda, siz kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir. Siz də qeyd etdiyiniz kimi, iki ildən çox vaxt keçir və hazırda Culian Assanj haradadır? O, hələ də həbsxanadadır. Hələ də, həbsxanadadır. Kimsə onun haqqında danışır? Yox!".
Xatırladaq ki, hazırda "WikiLeaks"in qurucusu Culian Assanj Böyük Britaniyanın "Belmarsh" həbsxanasında saxlanılır. 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edən Culian Assanj, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də "Scotland Yard" Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Onu ABŞ-da 175 il həbs cəzası gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0