https://sputnik.az/20230724/kremlden-pua-hucumlarina-reaksiya-457076940.html
Kremldən PUA hücumlarına reaksiya
Kremldən PUA hücumlarına reaksiya
Sputnik Azərbaycan
Rusiya dron hücumlarını önləmək barədə gecə-gündüz düşünür
2023-07-24T15:06+0400
2023-07-24T15:06+0400
2023-07-24T15:13+0400
kreml
rusiya
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
putin
vladimir putin
ukrayna
krım
dron
pua
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457076748_0:225:3150:1997_1920x0_80_0_0_e7cb706083f95fb4ce178f841c628817.jpg
BAKI, 24 iyul — Sputnik. Ukrayna pilotsuz təyyarələrinin Moskva və Krıma yeni hücumları ilə bağlı Rusiya prezidenti Vladimir Putindən əlavə göstəriş tələb olunmur, Rusiya Federasiyasının güc strukturları hazır vəziyyətdədir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. "Hazırda prezident tərəfindən əlavə göstərişlər tələb olunmur. Regionlarımızın təhlükəsizliyinin təmin edilməsində iştirak edən hər kəs hazır vəziyyətdədir. Tədbirlər görülür", - Peskov bildirib. Peskov qeyd edib ki, son günlər Rusiyanın regionlarına pilotsuz təyyarələrin köməyi ilə hücum cəhdlərinin intensivliyi artıb. Prezidentin mətbuat katibi vurğulayıb ki, buna müvafiq olaraq gecə-gündüz çox gərgin iş aparılır. Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib. Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230724/moskvaya-dron-hucumu-beynelxalq-terrorizm-aktidir---rusiya-xn-457063246.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457076748_259:0:2990:2048_1920x0_80_0_0_8736c62d605d476954f8648272c2a62b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna putin dron dron hücumları
ukrayna putin dron dron hücumları
Kremldən PUA hücumlarına reaksiya
15:06 24.07.2023 (Yenilənib: 15:13 24.07.2023) Rusiya prezidentinin mətbuat katibi bildirib ki, son günlər Rusiyanın regionlarına pilotsuz təyyarələrin köməyi ilə hücum cəhdlərinin intensivliyi artıb.
BAKI, 24 iyul — Sputnik. Ukrayna pilotsuz təyyarələrinin Moskva və Krıma yeni hücumları ilə bağlı Rusiya prezidenti Vladimir Putindən əlavə göstəriş tələb olunmur, Rusiya Federasiyasının güc strukturları hazır vəziyyətdədir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Hazırda prezident tərəfindən əlavə göstərişlər tələb olunmur. Regionlarımızın təhlükəsizliyinin təmin edilməsində iştirak edən hər kəs hazır vəziyyətdədir. Tədbirlər görülür", - Peskov bildirib.
Peskov qeyd edib ki, son günlər Rusiyanın regionlarına pilotsuz təyyarələrin köməyi ilə hücum cəhdlərinin intensivliyi artıb.
Prezidentin mətbuat katibi vurğulayıb ki, buna müvafiq olaraq gecə-gündüz çox gərgin iş aparılır.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.