https://sputnik.az/20230724/moskvaya-dron-hucumu-beynelxalq-terrorizm-aktidir---rusiya-xn-457063246.html
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır - Rusiya XİN
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır - Rusiya XİN
Sputnik Azərbaycan
Moskvaya dronların hücumu olub
2023-07-24T10:14+0400
2023-07-24T10:14+0400
2023-07-24T10:15+0400
moskva
rusiya
dron
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457063074_0:0:3072:1728_1920x0_80_0_0_4a7a689d38830026e67248beb558ee44.jpg
BAKI, 24 iyul — Sputnik. Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir. Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib. Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.Xatırladaq ki, mayın 30-da da səhər saatlarında Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu olub. Hücum Ukrayna tərəfindən təşkil edilib, Rusiya Federasiyasına səkkiz təyyarə tipli dron göndərilib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zenit-top kompleksi vasitəsilə beş qurğu məhv edilib. Qalan pilotsuz təyyarələr radioelektron mübarizə vasitəsi ilə məhv ediliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457063074_338:0:3069:2048_1920x0_80_0_0_1f5130a1bd2864160a5662c2ed639e96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
moskva dron
Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır - Rusiya XİN
10:14 24.07.2023 (Yenilənib: 10:15 24.07.2023) Ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür.
BAKI, 24 iyul — Sputnik. Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.
Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.
Xatırladaq ki, mayın 30-da da səhər saatlarında Moskva və Moskva vilayətinə pilotsuz təyyarə hücumu olub. Hücum Ukrayna tərəfindən təşkil edilib, Rusiya Federasiyasına səkkiz təyyarə tipli dron göndərilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, zenit-top kompleksi vasitəsilə beş qurğu məhv edilib. Qalan pilotsuz təyyarələr radioelektron mübarizə vasitəsi ilə məhv ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.