DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan Prezidenti Ankara ilə yenidən dialoqa başlamaqdan məmnundur

© Sputnik / Aram NersesyanErmənistan prezidenti Vaaqn Xaçaturyan
Ermənistan prezidenti Vaaqn Xaçaturyan  - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Ermənistan prezidenti bildirib ki, ölkəsi regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir.
BAKI, 24 iyul — Sputnik. Ermənistan qonşu dövlətlərlə yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də Türkiyə ilə normallaşma yolunu seçmişik. Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın "La Repubblica" nəşrinə açıqlamasında deyib.
Ermənistan dövlətinin başçısı İtaliyada işgüzar səfərdədir.
"Mən şadam ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladıq. Biz gələcəyə baxmaq, uşaqlarımıza hansı bölgəni buraxmaq istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - Xaçaturyan bildirib.
Vaaqn Xaçaturyan əlavə edib ki, Ermənistan regionda sabit və uzunmüddətli sülhün əldə olunmasına, eləcə də qonşuları ilə balanslaşdırılmış münasibətlərin qurulmasına sadiqdir.
Ankara və İrəvan sərhədlərin açılması və ya diplomatik münasibətlərin qurulması ilə bağlı hələlik razılığa gəlməyib. İki ölkə arasında dialoq 2021-ci ilin sonunda Ruben Rubinyan və Serdar Kılıç münasibətlərin normallaşması üçün xüsusi nümayəndə təyin edildikdən sonra başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0