https://sputnik.az/20230724/ceyhun-bayramov-bmt-nin-rezident-elaqelendiricisi-ile-gorusub-457090192.html
Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
Sputnik Azərbaycan
Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına... 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T18:18+0400
2023-07-24T18:18+0400
2023-07-24T18:18+0400
ceyhun bayramov
siyasət
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457089839_0:52:2939:1705_1920x0_80_0_0_30dd07bd84b29cba2a10e3a05204f84b.jpg
BAKI, 24 iyul — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb. XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində 18-19 sentyabr tarixlərində təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf, milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb. Rezident əlaqələndirici Vladanka Andreyeva, Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/18/457089839_119:0:2543:1818_1920x0_80_0_0_167314dd991ea7292a2bc01eb8eaa6ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, bmt
Ceyhun Bayramov BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib.
BAKI, 24 iyul — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində 18-19 sentyabr tarixlərində təşkil olunacaq DİM Sammitinin dayanıqlı inkişaf gündəliyinin icrasının mövcud vəziyyətinin təhlili baxımından əhəmiyyətini qeyd edib. Qarşı tərəf, milli səviyyədə DİM-ə nail olunması məqsədilə görülən işlər, ölkəmiz üçün əhəmiyyət kəsb edən məqsəd və hədəflərə çatmaq məqsədilə yaradılan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan yenidənqurma işləri, yaşıl enerji zonasının yaradılması istiqamətində atılan addımlardan bəhs edib. Ermənistan tərəfindən hərbi-siyasi təxribatların və mina təhdidinin davam etdirilməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib. Ermənistanın işğalı nəticəsində didərgin düşmüş məcburi köçkünlərimizin qayıdış prosesi və aparılan yenidənqurma işləri baxımından minatəmizləmə fəaliyyətinin vacibliyi və minatəmizləmənin DİM-dən biri olması təşəbbüsünün əhəmiyyəti vurğulanıb.
Rezident əlaqələndirici Vladanka Andreyeva, Azərbaycan tərəfindən DİM-in təşviqi istiqamətində görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.