https://sputnik.az/20230724/cavansir-memmedovun-qizini-aldadan-turkiye-vetendasi-mehkeme-zalinda-hebs-edilib-457067742.html
Cavanşir Məmmədovun qızını aldadan Türkiyə vətəndaşı məhkəmə zalında həbs edilib
Cavanşir Məmmədovun qızını aldadan Türkiyə vətəndaşı məhkəmə zalında həbs edilib
Sputnik Azərbaycan
Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 24.07.2023, Sputnik Azərbaycan
2023-07-24T13:45+0400
2023-07-24T13:45+0400
2023-07-24T13:45+0400
cavanşir məmmədov
cəmiyyət
əməkdar artist
türkiyə vətəndaşı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_0:136:3157:1912_1920x0_80_0_0_3c35365656b542cba35cd5e82e175f95.jpg
BAKI, 24 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, artıq bir müddətdir ki, əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa İbili arasındakı qalmaqal davam edir. Qarşı tərəf bir müddət əvvəl "Təsir dairəsi" verilişinə gələrək Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək bahalı hədiyyələr aldırdığını iddia edib. C.Məmmədov Mustafanın dediklərini inkar edərək qızının onunla heç bir əlaqəsinin olmadığını deyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_213:0:2944:2048_1920x0_80_0_0_4091788149363c130d9255e61441158c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cavanşir məmmədov, əməkdar artist, türkiyə vətəndaşı
cavanşir məmmədov, əməkdar artist, türkiyə vətəndaşı
Cavanşir Məmmədovun qızını aldadan Türkiyə vətəndaşı məhkəmə zalında həbs edilib
Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
BAKI, 24 iyul — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Kemal Mustafa İblinin işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Kemal Mustafa İbli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
Xatırladaq ki, prokuror onun 8 il azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub.
M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, artıq bir müddətdir ki, əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin qeyri-rəsmi nikah münasibətində olduğu keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa İbili arasındakı qalmaqal davam edir. Qarşı tərəf bir müddət əvvəl "Təsir dairəsi" verilişinə gələrək Xatirənin onu aldatdığını, onunla ailə quracağını deyərək bahalı hədiyyələr aldırdığını iddia edib.
C.Məmmədov Mustafanın dediklərini inkar edərək qızının onunla heç bir əlaqəsinin olmadığını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.