https://sputnik.az/20230724/azerbaycanda-taksinin-minimum-qiymeti-iki-defe-artirildi-457071453.html
Azərbaycanda taksinin minimum qiyməti iki dəfə artırıldı
Azərbaycanda taksinin minimum qiyməti iki dəfə artırıldı
Sputnik Azərbaycan
Azərbaycanda taksi xidmətində qeyri-sağlam rəqabət başlayıb
2023-07-24T12:30+0400
2023-07-24T12:30+0400
2023-07-24T14:59+0400
taksi
cəmiyyət
"uber" taksi xidməti
"uber"
uber
https://cdnn1.img.sputnik.az/img/40992/68/409926867_0:0:2000:1125_1920x0_80_0_0_1a726a47c8fee96484747fc320b29de4.jpg
BAKI, 24 iyul — Sputnik. Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırıb. Sputnik Azərbaycan xəbər verir ki, "Uber", "Bolt" və "Yango" şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Qeyd edək ki, əvvəllər bu məbləğ 1- 1,60 AZN aralığında dəyişirdi. Xatırladaq ki, ötən ay Azərbaycanda "Bolt", "Uber" kimi beynəlxalq taksi xidmətlərinin qiymətlərində 3-4 manat civarında bahalaşma müşahidə olunduğu barədə sosial şəbəkədə məlumat yayılmışdı. Taksi sürücüləri həmin ərəfədə qiymət artımını bu sahədə tənzimlənmələrin, dövlət nəzarətinin gücləndirilməsi ilə izah etmişdilər. Məlumat üçün bildirək ki, Azərbaycan taksi xidmətləri tariflərinin bahalığına görə MDB ölkələri arasında ikinci yerdədir. Qlobal istehlak qiymətləri bazası olan Numbeo-nun məlumatına görə, MDB ölkələrində ən bahalı taksi xidməti Türkmənistandadır. Burada gediş haqqı bir kilometr üçün 1,46 manat (Azərbaycan valyutası ilə) təşkil edir. Ən ucuz taksi xidməti Belarusdadır - gediş haqqı bir kilometr üçün 0,25 manat. Bu xidmət bir kilometr üçün Qırğızıstanda 0,32 manat və Özbəkistanda isə bir qədər baha, yəni 0,34 manatdır. Bir kilometr üçün gediş haqqına görə Moldova 0,36 manat və Ermənistan 0,39 manatla reytinqdə sonrakı yerləri tuturlar. Tacikistanda taksidən istifadənin qiyməti bir kilometr üçün orta hesabla 0,44 manat, Rusiyada - 0,57 manat, Qazaxıstanda - 0,59 manat təşkil edir. Qeyd edək ki, taksi xidmətlərinin qiymətinin bahalığına görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin gediş haqqına görə bir kilometr üçün 6,6 manat ödəməlidir. Seyşel adalarında isə bir kilometr üçün orta gediş haqqı 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40992/68/409926867_66:0:1773:1280_1920x0_80_0_0_799524b38bfbd48d993f695dedf704d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksi paşaholdinq
Azərbaycanda taksinin minimum qiyməti iki dəfə artırıldı
12:30 24.07.2023 (Yenilənib: 14:59 24.07.2023) "Uber", "Bolt" və "Yango" şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub.
BAKI, 24 iyul — Sputnik. Bu gündən Azərbaycanda bəzi taksi şirkətləri qısa məsafələr üçün gedişhaqqı qiymətlərini qaldırıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Uber", "Bolt" və "Yango" şirkətlərində yaxın məsafələrə gedişlər üçün minimal məbləğ 2,50 AZN olub. Qeyd edək ki, əvvəllər bu məbləğ 1- 1,60 AZN aralığında dəyişirdi.
Xatırladaq ki, ötən ay Azərbaycanda "Bolt", "Uber" kimi beynəlxalq taksi xidmətlərinin qiymətlərində 3-4 manat civarında bahalaşma müşahidə olunduğu barədə sosial şəbəkədə məlumat yayılmışdı. Taksi sürücüləri həmin ərəfədə qiymət artımını bu sahədə tənzimlənmələrin, dövlət nəzarətinin gücləndirilməsi ilə izah etmişdilər.
Məlumat üçün bildirək ki, Azərbaycan taksi xidmətləri tariflərinin bahalığına görə MDB ölkələri arasında ikinci yerdədir.
Qlobal istehlak qiymətləri bazası olan Numbeo-nun məlumatına görə, MDB ölkələrində ən bahalı taksi xidməti Türkmənistandadır. Burada gediş haqqı bir kilometr üçün 1,46 manat (Azərbaycan valyutası ilə) təşkil edir.
Ən ucuz taksi xidməti Belarusdadır - gediş haqqı bir kilometr üçün 0,25 manat. Bu xidmət bir kilometr üçün Qırğızıstanda 0,32 manat və Özbəkistanda isə bir qədər baha, yəni 0,34 manatdır.
Bir kilometr üçün gediş haqqına görə Moldova 0,36 manat və Ermənistan 0,39 manatla reytinqdə sonrakı yerləri tuturlar.
Tacikistanda taksidən istifadənin qiyməti bir kilometr üçün orta hesabla 0,44 manat, Rusiyada - 0,57 manat, Qazaxıstanda - 0,59 manat təşkil edir.
Qeyd edək ki, taksi xidmətlərinin qiymətinin bahalığına görə dünyada birinci yeri İsveçrə tutur. Bu ölkədə sərnişin gediş haqqına görə bir kilometr üçün 6,6 manat ödəməlidir. Seyşel adalarında isə bir kilometr üçün orta gediş haqqı 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.