CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah paytaxtda hava küləkli olacaq - Proqnoz

© travel.biletplyus.ruBakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 23.07.2023
Abunə olmaq
Azərbaycanın bəzi rayonlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
BAKI, 23 iyul - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0