https://sputnik.az/20230723/makrona-istirak-etmek-istediyi-sammit-ucun-devetname-gonderilmedi-457051626.html
Makrona iştirak etmək istədiyi sammit üçün dəvətnamə göndərilmədi
Makrona iştirak etmək istədiyi sammit üçün dəvətnamə göndərilmədi
Sputnik Azərbaycan
Cənubi Afrika prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderlərinə assosiasiyanın sammitinə dəvət göndərib. 23.07.2023, Sputnik Azərbaycan
2023-07-23T19:52+0400
2023-07-23T19:52+0400
2023-07-23T19:52+0400
dünya xəbərləri
fransa prezidenti emmanuel makron
afrika
brics
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226575_0:160:3072:1888_1920x0_80_0_0_70b5724546cef1c27a199835b14b3131.jpg
BAKI, 23 iyul - Sputnik. Qarşıdan gələn BRİKS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iştirak etmək istəyən Fransa prezidenti Emmanuel Makron dəvət almayıb. Bu barədə News 24 xəbər portalı məlumat yayıb. Portal qeyd edir ki, Cənubi Afrika prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderlərinə assosiasiyanın sammitinə dəvət göndərib, lakin nə Fransa prezidenti Makron, nə də ABŞ və Böyük Britaniya liderləri dəvət olunanlar arasında olmayıb. Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var. Sammit zamanı Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək. BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Avqustun 23-də BRİKS sammitinin mərkəzi hissəsi baş tutacaq, onun çərçivəsində Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək. Avqustun 24-də BRİKS ölkələrinin liderləri BRİKS ilə əməkdaşlığa dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub. Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncüdür. 2024-cü ildən BRİKS-ə sədrlik Rusiyaya keçir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226575_171:0:2902:2048_1920x0_80_0_0_4589667ccf8d8ca7d8fb40f3e38bbe1a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa prezidenti emmanuel makron, afrika, brics
fransa prezidenti emmanuel makron, afrika, brics
Makrona iştirak etmək istədiyi sammit üçün dəvətnamə göndərilmədi
Cənubi Afrika prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderlərinə assosiasiyanın sammitinə dəvət göndərib.
BAKI, 23 iyul - Sputnik. Qarşıdan gələn BRİKS sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iştirak etmək istəyən Fransa prezidenti Emmanuel Makron dəvət almayıb. Bu barədə News 24 xəbər portalı məlumat yayıb.
Portal qeyd edir ki, Cənubi Afrika prezidenti Siril Ramaposa BRİKS-in sədri kimi 70 ölkənin liderlərinə assosiasiyanın sammitinə dəvət göndərib, lakin nə Fransa prezidenti Makron, nə də ABŞ və Böyük Britaniya liderləri dəvət olunanlar arasında olmayıb.
Avqustda Yohannesburqda keçiriləcək BRİKS sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var. Sammit zamanı Rusiya prezidenti Vladimir Putin BRİKS ölkələri liderlərinin bütün iclaslarında onlayn iştirak edəcək.
BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Avqustun 23-də BRİKS sammitinin mərkəzi hissəsi baş tutacaq, onun çərçivəsində Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək.
Avqustun 24-də BRİKS ölkələrinin liderləri BRİKS ilə əməkdaşlığa dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.
Cənubi Afrikanın hazırkı BRİKS-ə sədrliyi ardıcıl üçüncüdür. 2024-cü ildən BRİKS-ə sədrlik Rusiyaya keçir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.