https://sputnik.az/20230723/azerbaycanda-en-cox-ucuzlasan-ve-bahalasan-erzaqlar---qiymetler-siyahi-457014111.html
Azərbaycanda ən çox ucuzlaşan və bahalaşan ərzaqlar - Qiymətlər, Siyahı
Azərbaycanda ən çox ucuzlaşan və bahalaşan ərzaqlar - Qiymətlər, Siyahı
Sputnik Azərbaycan
Ölkədə ərzaq inflyasiyası azalır. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,1 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası 11,5 faizə enib. 23.07.2023, Sputnik Azərbaycan
2023-07-23T09:30+0400
2023-07-23T09:30+0400
2023-07-22T22:46+0400
azərbaycan
iqtisadiyyat
ərzaq
ərzaq məhsulları
yumurta
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:3073:1728_1920x0_80_0_0_e3789489d36549c185d240421611c303.jpg
BAKI, 23 iyul — Sputnik. Bu il Azərbaycanda ərzaqların qiymətində bahalaşma baş versə də, lakin iyun ayında aylıq müqayisədə ucuzlaşma müşahidə edilib. Dövlət Statistika Komitəsinə görə iyunda əvvəlki aya nəzərən ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,1 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası 11,5 faizə enib. Ən çox tərəvəzlər ucuzlaşıb 2023-cü ilin iyun ayında əvvəlki aya nisbətən ərzaqlar içərisində ən çox tərəvəzlər ucuzlaşıb. Belə ki, tərəvəzlərin istehlak qiymətləri aylıq müqayisədə 12,6 faiz aşağı düşüb. Məsələn, kartofun 1 kiloqramının (kq) orta qiyməti 1,36 manatdan 1,08 manata, baş soğanın 1 kq-nın orta qiyməti 1,22 manatdan 1,18 manata, pomidorun 1 kq-nın orta qiyməti 2,98 manatdan 1,74 manata, xiyarın 1 kq-nın orta qiyməti 1,74 manatdan 0,98 manata düşüb. Meyvələr də ucuzlaşıb İkinci ən çox ucuzlaşma meyvələrdə qeydə alınıb. Belə ki, ötən ay meyvələrin qiyməti aylıq müqayisədə 3,5 faiz ucuzlaşıb. Məsələn, bananın 1 kq-nın orta qiyməti 3,27 manatdan 3,06 manata, armudun qiyməti 4,08 manatdan 3,94 manata, fındığın qiyməti 5,72 manatdan 5,64 manata düşüb. Yumurta ucuzlaşıb Üçüncü ən çox ucuzlaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti aylıq müqayisədə 1,5 faiz aşağı düşüb. Toyuq yumurtasının 10 ədədinin orta qiyməti 1,98 manatdan 1,95 manata enib. Qeyd edək ki, toyuq yumurtasının qiyməti ilin əvvəlindən bəri ucuzlaşmaqda davam edir. İlin əvvəlində 10 ədəd yumurta 2,17 manat idi. Kərə yağının qiyməti aşağı düşüb Dördüncü ən çox ucuzlaşma kərə və bitki yağlarının qiymətlərində (1,1 faiz) müşahidə edilib. Məsələn, kərə yağının 1 kiloqramının orta qiyməti 19,72 manatdan 19,61 manata, günəbaxan yağının 1 litrinin orta qiyməti 5,37 manatdan 5,22 manata düşüb. Bundan başqa, keçən ay çörək, çörək məmulatları və yarmalar 0,5 faiz, balıq və balıq məhsulları 0,4 faiz, çay, qəhvə, kakao 0,1 faiz ucuzlaşıb. Bəzi ərzaqlar isə bahalaşıb İyun ayında ucuzlaşma ilə yanaşı, bəzi ərzaqların qiymətlərində bahalaşma baş verib. Ən çox bahalaşma ət və ət məhsullarının qiymətlərində (0,7 faiz) qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,86 manatdan 13,96 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 16,10 manatdan 16,22 manata qalxıb. Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlər 0,3 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz bahalaşıb. Bu il inflyasiyanın aşağı düşəcəyi gözlənilir Qeyd edək ki, Mərkəzi Bank bu il inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır. "Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu dəyişməz qalır" ,- deyə Mərkəzi Bankın məlumatında qeyd edilib. Ekspertlərin də fikrincə, növbəti aylarda inflyasiyanın aşağı düşəcəyi gözlənilir. Dövlət başçısı: "İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər" Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil". İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə almaqla, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır. Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122635_0:0:2731:2048_1920x0_80_0_0_4ff2cd9a92c8d4eed3ecb81020940b35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, ərzaq, ərzaq məhsulları, yumurta, prezident ilham əliyev
azərbaycan, ərzaq, ərzaq məhsulları, yumurta, prezident ilham əliyev
Azərbaycanda ən çox ucuzlaşan və bahalaşan ərzaqlar - Qiymətlər, Siyahı
Ölkədə ərzaq inflyasiyası azalır. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,1 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası 11,5 faizə enib.
BAKI, 23 iyul — Sputnik. Bu il Azərbaycanda ərzaqların qiymətində bahalaşma baş versə də, lakin iyun ayında aylıq müqayisədə ucuzlaşma müşahidə edilib.
Dövlət Statistika Komitəsinə görə iyunda əvvəlki aya nəzərən ərzaq məhsulları, içkilər və tütün məmulatları 2,1 faiz ucuzlaşıb, illik ərzaq inflyasiyası 11,5 faizə enib.
Ən çox tərəvəzlər ucuzlaşıb
2023-cü ilin iyun ayında əvvəlki aya nisbətən ərzaqlar içərisində ən çox tərəvəzlər ucuzlaşıb. Belə ki, tərəvəzlərin istehlak qiymətləri aylıq müqayisədə 12,6 faiz aşağı düşüb. Məsələn, kartofun 1 kiloqramının (kq) orta qiyməti 1,36 manatdan 1,08 manata, baş soğanın 1 kq-nın orta qiyməti 1,22 manatdan 1,18 manata, pomidorun 1 kq-nın orta qiyməti 2,98 manatdan 1,74 manata, xiyarın 1 kq-nın orta qiyməti 1,74 manatdan 0,98 manata düşüb.
İkinci ən çox ucuzlaşma meyvələrdə qeydə alınıb. Belə ki, ötən ay meyvələrin qiyməti aylıq müqayisədə 3,5 faiz ucuzlaşıb. Məsələn, bananın 1 kq-nın orta qiyməti 3,27 manatdan 3,06 manata, armudun qiyməti 4,08 manatdan 3,94 manata, fındığın qiyməti 5,72 manatdan 5,64 manata düşüb.
Üçüncü ən çox ucuzlaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti aylıq müqayisədə 1,5 faiz aşağı düşüb. Toyuq yumurtasının 10 ədədinin orta qiyməti 1,98 manatdan 1,95 manata enib. Qeyd edək ki, toyuq yumurtasının qiyməti ilin əvvəlindən bəri ucuzlaşmaqda davam edir. İlin əvvəlində 10 ədəd yumurta 2,17 manat idi.
Kərə yağının qiyməti aşağı düşüb
Dördüncü ən çox ucuzlaşma kərə və bitki yağlarının qiymətlərində (1,1 faiz) müşahidə edilib. Məsələn, kərə yağının 1 kiloqramının orta qiyməti 19,72 manatdan 19,61 manata, günəbaxan yağının 1 litrinin orta qiyməti 5,37 manatdan 5,22 manata düşüb.
Bundan başqa, keçən ay çörək, çörək məmulatları və yarmalar 0,5 faiz, balıq və balıq məhsulları 0,4 faiz, çay, qəhvə, kakao 0,1 faiz ucuzlaşıb.
Bəzi ərzaqlar isə bahalaşıb
İyun ayında ucuzlaşma ilə yanaşı, bəzi ərzaqların qiymətlərində bahalaşma baş verib. Ən çox bahalaşma ət və ət məhsullarının qiymətlərində (0,7 faiz) qeydə alınıb. Sümüklü mal ətinin 1 kq-nın orta qiyməti 13,86 manatdan 13,96 manata, sümüksüz mal ətinin 1 kq-nın orta qiyməti 16,10 manatdan 16,22 manata qalxıb.
Bundan başqa, qənd, cem, bal, şokolad və konfetlər 0,3 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,2 faiz bahalaşıb.
Bu il inflyasiyanın aşağı düşəcəyi gözlənilir
Qeyd edək ki, Mərkəzi Bank bu il inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır. "Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8,3 faiz olacağı proqnozu dəyişməz qalır" ,- deyə Mərkəzi Bankın məlumatında qeyd edilib.
Ekspertlərin də fikrincə, növbəti aylarda inflyasiyanın aşağı düşəcəyi gözlənilir.
Dövlət başçısı: "İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər"
Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil".
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə almaqla, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.